Meymunçiçəyindən MÜDAFİƏ YOLU

07:31 03-06-2022 | icon 740 | Sağlamlıq
Meymunçiçəyindən MÜDAFİƏ YOLU

Meymunçiçəyinə tutulmamaq üçün yad adamlara toxunmaqdan çəkinməli, özünüzü qorumalı və partnyorunuzdan infeksiyalar üçün yoxlanışdan keçməsini istəməlisiniz.

 

Bu barədə Moskva Fizika və Texnologiya İnstitutunun genom mühəndisliyi laboratoriyasının rəhbəri, virusoloq, tibb elmləri namizədi Pavel Volçkovun xəstəlikdən qorunma barədə tövsiyələrindən aydın olur.

 

“Bütün bunlar karantin tədbirləridir. Şərti olaraq, yad adamlara toxunmaq olmaz, tanışlarla isə ancaq onların sağlam olduğuna əmin olduğunuz halda təmas olar. Yalnız təhlükəsiz cinsi əlaqədə olunmalıdır. Cinsi partnyorun sağlamlığına əminlik olmalıdır. Ondan cinsi yolla, qan və bədən mayeləri vasitəsilə ötürülən infeksiyalar üçün test etməsini xahiş etmək daha yaxşıdır”, - deyə Pavel Volçkov izah edib.

 

Onun sözlərinə görə, insan sağlam olmadığını kifayət qədər tez anlayır.

 

“Meymunçiçəyində gizli dövr o qədər də uzun deyil. Cəmi bir neçə gün davam edir”, - deyə virusoloq əlavə edib.

 

Ekspert vurğulayıb ki, bu səbəbdən karantin və profilaktik tədbirlər infeksiyalardan qorunmağa kömək edəcək.

 

Xatırladaq ki, cari ilin may ayının əvvəllərindən meymunçiçəyi xəstəliyi bütün dünyada yayılmağa başlayıb. Yeni infeksiyaya yoluxma halları ABŞ, Böyük Britaniya, Almaniya, Avstraliya, Afrika, Macarıstan, Finlandiya və sair ölkələrdə qeydə alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...