Davay, bozbaşını bişir...

23:05 12-01-2019 | icon 848 | Köşə
Davay, bozbaşını bişir...

Evində arvadını adam yerinə qoymayan xeyli kişi var...

 

 XƏYAL NAMİZƏDLİ

Selektiv abort sahəsində 3 dünya liderindən biri kimi qadını doğulmamış zorakılığa məruz qoyan xalqıq. Nə qadın hüququ, kakoy zorakılıq, davay, bozbaşını bişir...

 


Sizə elə gəlir ki, "bozbaş bişirmək" ifadəsi köhnəlib? Ciddidən elə fikirləşirsiz? O zaman uzağa yox, öz evinizə baxın, kim bişirir yeməkləri? Kim təmizləyir evi? Uşağa kim baxır? Hamam-tualet təmizliyinə kim baxır? Mətbəx kimin sayılır?

Əgər öz evinizdə bunlar 50/50-ə bölüşdürülübsə, afərin və bircə addım o yana baxın - dostunuzun, qardaşınızın, belə özünü müasir hesab edən, lap belə Azərbaycanda insan hüquqlarının pozulmamasını arzu edən, mübarizə aparan adamların ailələrinə. Neçəsində 50/50-ə bölgü var?


Məncə 1% olmaz. Tak şto, tovarişi, biz toplum olaraq qadınları "bozbaş bişirən", "tualet təmizləyən" kimi görürük. Toplum olaraq yox, şəxsən belə görənlərə isə qərb təhsilli, müasir, canım sənə desin, mübariz, dəyanətli, mətanətli kişilərimizin də 99%-ə qədəri aiddir.

 

Qərb ölkələrinə gedəndə qəribə görsənir hə, küçəni qadınlar süpürmür, tualeti qadınlar təmizləmir... Əslində orda bunu qadınlar da edir, kişilər də. Əgər ümumiyyətlə, bu tip işlər varsa - məsələn, küçəni maşınla təmizləyirlər. Bəs bizdə niyə qadınlardır yalnız? Çünki mahiyyətimiz budur - hamımızın evində bu işi görən qul qadındır...


Hamının məişət həyatı var. Sən məişətdə tətbiq olunan şeylər barədə çox da yekə-yekə danışa bilməzsən, əgər səmimisənsə. Təbii, danışanlar var, qadın hüquqlarından danışıb, evində arvadını adam yerinə qoymayan xeyli kişi var. Amma çətindir, yalan danışmaq çətin şeydir. Adam özü də bilmir ki, əlində hakimiyyət olsa nə zibillər yeyər. Amma evdə elədiyi qələtləri bilir axı. Götürüb ictimai şəkildə o evdə etdiklərinə zidd şey danışanda özü də əziyyət çəkir.

 

Ona görə də "qadınların seçki hüququ həyata keçirilməlidir, qadın nazirlər artmalıdır" deyəndə, bu psevdo-ziyalılar bir şey demirlər. Amma vay o gündən "evdə qadın işi yoxdur, mətbəx qadının vətəni deyil" kimi məişət səviyyəsində danışasan. Qərbin top universitetlərində 2 master, 1 phd eləmiş əjdahalar gəlib deyəcəklər ki, "qadınların da hüquqları pozulur, kişilərin də", "qadın hüquqları yoxdur, insan hüquqları var", "kişilərin əziyyəti çoxdur" və sair. Amma səbəb sadədir - adam rahat olmaq istəyir. Arvad evi yığışdırsın, uşağa baxsın, yemək bişirsin, axşam bunun ayağına su qoysun...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı