"Ermənistan parlamenti danışıqların üstündən xətt çəkməyə çalışacaq"

16:22 03-06-2022 | icon 721 | Siyasət
"Ermənistan parlamenti danışıqların üstündən xətt çəkməyə çalışacaq"

Elman Nəsirov: "Əməkdaşlığın əksi yoxdur və bu yalnız müharibə ola bilər"

 

Ermənistan revanşist xülyalarından əl çəkmir. Erməni rəsmilər Moskva, Brüsselin vasitəçiliyi ilə keçirilən Azərbaycanla münasibətlərin normallaşmasına yönəlik danışıqlar prosesinin nəticələrinə təsir etməyə çalışır, regionda gərginliyi saxlamaq niyyətlərini ortaya qoyurlar.

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüssel danışıqlarına kölgə salmaq cəhdləri açıq şəkildə görünür. Belə ki, Mirzoyan yerli medianın ona ünvanladığı -“İlham Əliyev dedi ki, Brüsseldə Naxçıvanı Azərbaycanla birləşdirən dəhlizin Meğridən keçəcəyi ilə bağlı razılıq əldə olunub” sualına -“Biz Ermənistanın mövqeyini daim müəyyən edirik. Ermənistan ərazisində hər hansı dəhlizin mövcudluğu istisna  olunur” -deyə cavab verib.

 

Ermənistan rəsmisinin bu cür çıxışları nəyə yönəlikdir və Azərbaycan hansı alternativ addımlar ata bilər?

 

Versus.Az xəbər verir ki, Millli Məclisin deputatı Elman Nəsirov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına süni şəkildə maneçilik törədir. Onun sözlərinə görə, Azərbaycanın alternativ imkanları var və İran ərazisindən keçməklə Naxçıvanla quru yol bağlantısını həyata keçirə bilər. 

 

E.Nəsirov bildirib ki, A.Mirzoyanın nə deməsindən asılı olmayaraq, 22 may tarixində Brüssüldə keçirilən üçtərəfli danışıqlar prosesində Paşinyan növbəti dəfə Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini deyib:

 

“Bu prinsiplərdə kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin işə salınması məsələsi də yer alır. Ermənistan siyasi rəhbərliyinin bu barədə məlum mövqeyi var və Avropa İttifaqı rəhbəri onun hər bir fikrini qeydə alıb. Bütün beynəlxalq birlik və təşkilatlar, beynəlxalq ictimaiyyət də bu reallığı qəbul edir.  Azərbaycan Prezidenti cənab İlham Əliyev söyləyib ki, Mehridən keçməklə Zəngəzur dəhlizinin reallaşması haqqında razılaşma var. Bunlar hamısı bəlli məsələlərdir”.

 

E.Nəsirov hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın,  xarici işlər naziri Ararat Mirzoyanın əvvəl verdikləri bəyanatları təkzib edən növbəti məlum əks bəyanatları bu günlər Ermənistan parlamentində cərəyan edən çox gərgin proseslərlə bağlıdır:

 

“Bu gün Ermənistan parlamentində çox qəliz, mürəkkəb proseslər gedə bilər.  Faktiki olaraq Moskva, Soçi, Brüsseldə keçirilmiş danışıqların üstündən xətt çəkilməsinə yönələn addımların atılmasına cəhdlər olacaq.  Ermənistanın radikal müxalifəti bunu açıq şəkildə bəyan edib. Bütün bu reallıqlar fonunda Paşinyan və onun xarici işlər naziri öz verdikləri bəyanatları yumşaltmaq üçün münevrlər edirlər”.

 

E.Nəsirov bir həqiqətin olduğunu deyib: bu da ondan ibarətdir ki, əməkdaşlığın əksi yoxdur və bu yalnız müharibə ola bilər. Bu da Ermənistan üçün sonun başlanğıcı deməkdir:

 

“Ona görə də Ermənistan sadəcə vaxtı uzada bilər, necə ki, il yarımdır uzadır. Amma bunun da sonu var... Bu zaman məsələsidir, 5 baza prinsipi qəbul edilib, sərhəd komissiyları yaradılıb, iclaslar keçirilib. Növbəti iclas Moskvada, daha sonra Bürüsseldə baş tutacaq. Bu istiqamətdə proses gedir və onun qarşısını almaq qeyri-mümkündür”.

 

Deputat hesab edir ki, Zəngəzur dəhlizi açılmasa Laçın dəhlizinin bağlanması məsələsi də gündəmə gələ bilər. Eyni zamanda vurğulayıb ki, Azərbaycan Prezidenti sayca 27-ci Beynəlxalq Neft -Qaz sərgizində etdiyi çıxışında daha qətiyyətli fikirlər bildirib. Deyib ki, nəinki Zəngəzur dəhlizi işə düşəcək, hətta o dəhlizlə elektrik enerjisi də idxal ediləcəkdir. /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin