"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

13:49 14-01-2019 | icon 128 | Siyasət
"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

 

Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş iclasında cənab Prezident İlham Əliyev geniş, əhatəli və dərin mənalı nitqində həm keçilən yola yekun vurdu, həm də cari ildə inkişaf perspektivlərini müəyyənləşdirdi.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

 

Onun sözlərinə görə, dövlət başçısının nitqində diqqəti cəlb edən məsələlərdən biri Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindəki durğunluqdan çıxmaq barədə idi:

 

"Məlum olduğu kimi, Ermənistan rəhbərliyi danışıqlardan boyun qaçıraraq bildirirdi ki, Azərbaycan danışıqları qondarma, üzdəniraq qurumla aparmalıdır. Bu mövqedə başlıca məqsəd qondarma rejimi danışıqların subyekti kimi tanıtmaq və statusunu əvvəlcədən müəyyənləşdirmək cəhdləri ilə bağlı idi. Azərbaycan dövlətinin qəti və prinsipial mövqeyi nəticəsində danışıqlar prosesi bərpa edildi, burada isə tərəflər həmişəki kimi Azərbaycan və Ermənistan oldu".

 

M.Qasımlı əlavə edib ki, Prezident İlham Əliyev nitqində Ermənistanda demokratiyanın mövcud olmadığını da bildirdi:

 

"Məlumdur ki, SSRİ dağıldıqdan sonra Ermənistanda keçirilən bütün seçkilər kobud şəkildə saxtalaşdırılıb, heç bir zaman erməni ünsürünün iradəsini ifadə etməyib. Levon Ter-Petrosyan terrorçu, kriminal, uşaq qatili Robert Koçaryan tərəfindən devrildi. Ondan sonra hakimiyyətə gələn Serj Sarkisyan isə Nikol Paşinyan tərəfindən devrildi. Onların hər biri hakimiyyətə gəldikdən sonra keçirdikləri saxta seçkilərdə qələbə çalıblar. Dünən səs çoxluğu alan qüvvə bu gün, çevrilişdən az sonra keçirilən seçkidə parlamentdə yer qazana bilməyib. Bu, “Ermənistan demokratiyası”nın özünəməxsusluğu, seçki karikaturası və əslində gülünc bir vəziyyətdir. Lakin ən qəribəsi bəzi beynəlxalq təşkilatların həmin seçkiləri “demokratik” adlandırmasıdır".

 

Millət vəkili qeyd edib ki, onlar qısa müddətdə keçirilən seçkilərdə əvvəllər böyük üstünlüklə qələbə qazanan qüvvənin parlamentdə nə üçün yer tuta bilməməsinin üstündən sükutla keçirlər:

 

"Bu, bir tərəfdən, dünyada mövcud olan ikili standartlarla, digər tərəfdən isə Ermənistanın ənənəvi “konyak diplomatiyası” ilə bağlıdır. Burada seçki keçirilməzdən əvvəl hansı xarici ölkədən kimlərin müşahidəçi kimi gələcəyi, hansı rəylər yazacağı bəlli olur".

 

Deputat hesab edir ki, satın alınmış və Ermənistana hazır hesabatlarla gələn həmin şəxslər əslində özlərini rüsvay edirlər, seçki müddətində erməni konyakının təsiri altında olurlar.

Onun sözlərinə görə, Ermənistanın xarici siyasətində məqsədə nail olmaq üçün ənənəvi yollardan biri məhz rüşvətlə ələ almaqdır:

 

"Rüşvət və korrupsiya Ermənistan hakimiyyəti ilə eyniyyət təşkil edir. Ermənistan hakimiyyəti dedikdə, ilk növbədə, rüşvət və korrupsiya göz önünə gəlir. Lakin Ermənistanın böhrandan çıxmasının əsas yolu qonşuları, ilk növbədə, Azərbaycan ilə münasibətlərini normallaşdırmasından keçir".

 

M.Qasımlı əlavə edib ki, bunun üçün əvvəlcə işğalçı ölkənin qoşunları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlarından çıxmalı, işğal faktı aradan qaldırılmalıdır:

 

"Əgər bunlar baş verərsə, Ermənistan xalqı da normal şəraitdə yaşaya bilər. Əks təqdirdə Ermənistanda ümumi böhran davam edəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Aysel və Xoşqədəmin davasında son durum

Erməni qadınlar azərbaycanlı gəncə hücum etdi

Rusiya ordusunda xidmət edən azərbaycanlı faciəvi şəkildə öldü