“Beynəlxalq Mətbuat Mərkəzi”, “CASPİAN BEVERAGE COMPANY” LƏĞV OLUNUR

11:54 08-06-2022 | icon 870 | Gündəm
“Beynəlxalq Mətbuat Mərkəzi”, “CASPİAN BEVERAGE COMPANY” LƏĞV OLUNUR

Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər bağlanır.

 

Yeniavaz.com İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “ATOM QİDA” MMC (VÖEN -1701554201) və “DULCE Nutrition” MMC (VÖEN -–702132271), həmçinin Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanında qeydiyyatda olan “Beynəlxalq Mətbuat Mərkəzi” MMC (VÖEN -–2003103531) ilə Xətai̇ rayonu, Seyi̇d Əzi̇m Şi̇rvani̇ küçəsi, ev 5A, mənzil 165 ünvanında qeydiyyatda olan “CASPİAN BEVERAGE COMPANY” MMC (VÖEN -–2005832511) ləğv olunduqlarını açıqlayıblar.

 

Məlumat üçün bildirək ki, daha əvvəl “ATOM QİDA” MMC-yə Əli Həsənovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib. Hazırda “ATOM QİDA” MMC, “DULCE Nutrition” və “CASPİAN BEVERAGE COMPANY” MMC-yə Əvəzov Anar Xudayət oğlu rəhbərlik edir. “Beynəlxalq Mətbuat Mərkəzi” MMC-yə isə Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Vəliyev Azər Kalam oğlu rəhbərlik edir.

 

Onu da qeyd edək ki, ötən il Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK, həmçinin Mətbuat prospekti  ev 25, mənzil 38 ünvanında yerləşən “Kaspi Food” MMC ləğv olunduğunu elan edib. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Azər Vəliyev rəhbərlik edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol