Merkeli niyə əsməcə tutub?

15:39 08-06-2022 | icon 650 | Dünya
Merkeli niyə əsməcə tutub?

Almaniyanın keçmiş kansleri Angela Merkel vəzifə müddətinin bitməsinə az qalmış iştirak etdiyi rəsmi tədbirlərdə səhhətində yaranan nasazlıqla - əsməcələri ilə bağlı açıqlama verib.

 

“Haber Global”ın məlumatına görə, politoloq bu barədə “Berliner Ensemble” dram teatrının zalında jurnalistin sualını cavablandırarkən danışıb.

 

Onun sözlərinə görə, bu sarsıntıların bir səbəbi anasının ölümündən sonra çox təsirlənməsi və yorğunluğu olub. Merkel əsməcəsinin digər səbəbinin isə çox az miqdarda su içməsi ilə əlaqədar olduğunu bildirib.

 

Merkel belə hallardan qorxduğu üçün yanına daim stul qoyulduğunu əlavə edib.

 

Xatırladaq ki, keçmiş kansler ilk dəfə 2019-cu ilin iyununda Ukrayna Prezidenti Volodimir Zelenskini qarşıladığı vaxt əsməcə keçirib. Sonradan bu vəziyyət iki dəfə də təkrarlanıb. Merkel daha sonra bu vəziyyətə qarşı tədbir məqsədilə mərasimlərdə dövlət himnlərini stulda oturaraq dinləyib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...