Fərqanə Qasımovadan  Əli Mirəliyevə CAVAB gecikmədi

09:12 09-06-2022 | icon 515 | Şou-biznes
Fərqanə Qasımovadan  Əli Mirəliyevə CAVAB gecikmədi

 


Xalq artisti Alim Qasımovun qızı xanəndə Fərqanə Qasımovadan müğənni Əli Mirəliyevə cavab gecikməyib.

 

 

Versus.az xəbər verir ki, oxu.az-a açıqlama verən Fərqanə Qasımova Əli Mirəliyevin “o boyda Xalq artistinin qızına bax. Atası dərviş kimi, qızı isə hind üslubunda oxuyur” fikirlərinə münasibət bildirib. 

 

 

“Alim Qasımov heç kimə heç zaman cavab verməyib, sənəti ilə hər kəsi susdurub. Mən də onun övladı-qızıyam, o cür bir sənətkar ailəsində yetişmiş xanəndəyəm. Ona görə mən də o cür insanlara cavab vermirəm. Xalqın gözü tərəzidir. Söhbət “Durnalar” ifasından gedirsə mən o ifa ilə çox sevilmişəm. Bir sənətçi mahnını ifa edəndə özünün yanaşması olmalıdır. Əgər belədirsə, deməli bu əsər yaşayır və yaşayacaq. Sənət varsa, sənətdə mütləq hərəkət, enerji, baxış tərzi, zəmanəyə görə dəyişiklik var”, - deyə Qasımova açıqlamasında bildirib.

 

Qeyd edək ki, müğənni Əli Mirəliyev Cebhe.info-ya açıqlamasında “Ötən dəfə Fərqanə Qasımova sözlərini Molla Pənah Vaqifin yazdığı, Cahangir Cahangirovun bəstələdiyi “Durnalar” əsərini hind üslubunda oxuyurdu. Hətta Hindistandan gələnlər Azərbaycan musiqisi ilə göbək atırdılar. Bu qədər özbaşınalıq olmaz. Yeni mahnı olsa, deyərdim cəhənnəm, amma Cahangir Cahangirovun mahnısını hind üslubunda oxumağa sənə kim ixtiyar verib? Belə olmaz. Ona görə də musiqimiz bu gündədir” - bildirmişdi.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi