“Müəllimlər mənzil problemlərini həll edə bilmirlər”

12:34 22-11-2018 | icon 462 | Sosial
“Müəllimlər mənzil problemlərini həll edə bilmirlər”

“Milli Kulinariya Mərkəzinə ayrılan vəsait artırılmalıdır”

“Onlar dünya ölkələrində keçirilən tədbirlərdə, yarışlarda, festivallarda iştirak edərək mətbəximizi tanıtmaqla bərabər, mətbəximizə əl uzadaraq öz mətbəxləri kimi təqdim edənlərə qarşı da mübarizə aparmalıdırlar”.

Versus.Az-ın məlumatına görə, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2018-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, mədəniyyətimizin təbliğinin bir parçası da mətbəximizin təbliğdir:

“Ölkədə turizmin inkişafında da bu ən önəmli faktorlardan biridir. Amma hətta qonşu ölkələrlə müqayisədə bizdə Milli Kulinariya Mərkəzinə ayrılan vəsait çox azdır. Amma onlar dünya ölkələrində keçirilən tədbirlərdə, yarışlarda, festivallarda iştirak edərək mətbəximizi tanıtmaqla bərabər, mətbəximizə əl uzadaraq öz mətbəxləri kimi təqdim edənlərə qarşı da mübarizə aparmalıdırlar. Ona görə də bu məsələyə baxılması və Milli Kulinariya Mərkəzinə ayrılan vəsaitin daha da artmasına çalışmalıyıq. Mən müvafiq qurumları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram. Mərkəzin çox gözəl nailiyyətləri var, gözəl işlər görürlər. Onlara dəstəyimizi artırmalıyıq”.

Qənirə Paşayeva eyni zamanda orta məktəb müəllimlərinin problemlərindən danışıb:

“Bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil və ipoteka kreditləridir. Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir. İnanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var”.

Q.Paşayeva ipotekadan yararlana bilməyən müəllimlər barədə danışaraq bildirib ki, gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir:

“Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var. Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Mən keçən il büdcə müzakirələri zamanı da bunu qaldırmışdım və maliyyə naziri Samir Şərifov buna baxıla biləcəyini söyləmişdi. Xahiş edirəm bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin və sosial layihələrdən yararlana bilsinlər”.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin