Tələbələr təhsil haqlarını ödəyə bilmirlər

12:41 10-06-2022 | icon 501 | Təhsil
Tələbələr təhsil haqlarını ödəyə bilmirlər

Çətinliklə bağlı akademik məzuniyyət götürənlərin sayı AÇIQLANDI

 

Ötən il təhsil haqqını ödəyə bilməyən tələbələrin sayı açıqlanıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd olunub.

 

Belə ki, ötən il 38 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə akademik məzuniyyət götürüb.

 

Bunlardan 20 nəfəri bakalavriat, 3 nəfər magistratura, 5 nəfəri tam orta ixtisas bazası və 1 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.

 

Qeyd edilib ki, 2021-ci ildə hərbi xidmətə çağırışla əlaqədar 2 892 nəfər akademik məzuniyyət götürüb ki, onların 570 nəfəri bakalavriat, 240 nəfəri magistratura, 1 858 nəfəri tam orta ixtisas bazası və 224 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.

 

Ötən il həmçinin 3 542 nəfər təhsil müəssisələrinə bərpa olunub. Onların 1 578 nəfəri bakalavriat, 374 nəfəri magistratura, 1 203 nəfəri tam orta ixtisas bazası və 387 nəfəri isə ümumorta ixtisas bazası üzrədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...