16 min qoyunu daşıyan gəmi batdı
Bazar günü Sudanın Suakin limanında 16 min qoyunu daşıyan gəmi batıb.
Məlumata görə, qəzaya səbəb həddindən artıq yüklənmə olub.
Ekipaj son anda qaçmağı bacarıb.
Məlumata görə, heyvanların Qurban bayramı ərəfəsində Səudiyyə Ərəbistanına göndərilməsi nəzərdə tutulub. Estakadada batan “BADR 1” gəmisinin ilkin maksimal tonnajı 9 min heyvan, modifikasiyadan sonra isə maksimum yük 12 min baş olub.
Liman rəhbərliyi artıq mal-qaranın kütləvi şəkildə tələf olması səbəbindən Qırmızı dəniz üçün ciddi ekoloji təhlükə barədə xəbərdarlıq edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"