Motosikleti hərraca çıxarılacaq


Amerikalı aktyor Conni Deppin “Cry-Baby” (1990) musiqili filminin çəkiliş meydançasında istifadə etdiyi 1955-ci il istehsalı olan “Harley Davidson Model K” motosikleti “Kruse GWS Auctions” hərracında satılacaq.
Lotun ilkin qiyməti 250 000 dollardır.
Hərrac 25 iyunda başlayacaq.
Hazırda motosiklet Missuri ştatının Branson şəhərindəki muzeydə saxlanılır. Əvvəllər o, dəfələrlə sahiblərini dəyişib, həmçinin ABŞ-da keçirilən sərgilərdə iştirak edib.
Xəbər lenti

erməni sakinlər üçün növbəti yanacaq göndərilib
Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb