Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı
Bakı-Şamaxı yolunda şagirdlərin olduğu avtobusun qəzaya uğraması ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb.
Versus.Az xəbər verir ki, hazırda cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, iyunun 12-si saat 22:50 radələrində Bakı-Şamaxı yolunun 108-ci kilometrliyində Pərviz Quliyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtobus idarəetməni itirərək qəza törədib.
Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"