Şagirdlərimiz beynəlxalq olimpiadada rekord nəticə göstəriblər

14:41 13-06-2022 | icon 468 | İdman
Şagirdlərimiz beynəlxalq olimpiadada rekord nəticə göstəriblər

Azərbaycan məktəbliləri iyunun 1-də Şarm əl-Şeyxdə (Misir) keçirilən “WAMAS 2022” Ümumdünya Mental Arifmetika Olimpiadasının qalibi olublar. Olimpiadada dünyanın 19 ölkəsindən 250-dən çox məktəbli iştirak edib.

 

Azərbaycan komandası rekord nəticə göstərib. Komandada 5 yaşdan 12 yaşa qədər kateqoriyalar üzrə 7 ÇEMPİON var! Onlar Ülvi Ağazadə, Rufiz Abbaszadə, Füzuli Cəfərov, Heydər Behbudov, Kamal Behbudov, Selina Rzayeva, İlham Rzayevdir.

 

Dörd nəfər - Ataxan Məmmədzadə, Mikayıl Mehdiyev, Nəcibə Qazaxova və Sofiya Cəfərova 1-ci yerə, iki nəfər - Aliyə Nəsirova və Əmirə Nəsirova 2-ci yerə və 1 nəfər - Bədrəddin Qazaxova 3-cü yerə layiq görülüb.

 

Azərbaycan komandasına 5 yaşdan 12 yaşa qədər uşaqlar daxildir. Bu uşaqlar altı aydan dörd ilə qədər mental arifmetika ilə məşğul olublar.

 

Mental arifmetika yüksək konsentrasiyanı, fotoqravizual yaddaşı inkişaf etdirən, analitik bacarıqları sürətləndirən, məktəbdə təhsilini asanlaşdıran və uşağın özünə güvənini artıran, qeyri-adi “kalkulyatordan daha sürətli nümunələr hesablamaq” bacarığına yiyələdirən yüksək effektivliyə malik beyin simulyatorudur.

 

Ən gənc çempion İlham Rzayevin cəmi 5 yaşı var. 10 dəqiqə ərzində ikirəqəmli ədədlə (məsələn, 22+66-11+22) 95 misalı düzgün həll edib. Bu hər böyüklər üçün deyil!


Olimpiadanın təşkilatçısı Beynəlxalq Mental Arifmetika Məktəbləri Assosiasiyasıdır (WAMAS). WAMAS tərəfindən hər il keçirilən olimpiadalar uşaqlar üçün əsas motivator rolunu oynayır, eyni zamanda məktəblərin və mental arifmetika mərkəzlərinin inkişafına təkan verir.

 

Həmçinin mərkəzlər və məktəblər öz yarışlarını keçirirlər. Məsələn, gələn tədris ilində Bakıda Xəzər Kuboku Mental Arifmetika Olimpiadası keçiriləcək.

 

Olimpiadada uğur qazanan azərbaycanlı məktəblilər Beynəlxalq Mental Arifmetika və İntellekt İnkişafı Məktəbinin İSMA-BAKI (+99470 762-05-05, @isma.baku) proqramı üzrə təhsil alırlar.

 

Məktəbdə hər yaşda olan uşaqlar üçün fərdi və onlayn dərslər mövcuddur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR