İşgəncə etdilər, sonra edam etdilər

08:02 14-06-2022 | icon 482 | Dünya
İşgəncə etdilər, sonra edam etdilər

Kiyevdə dinc əhalinin daha bir kütləvi məzarlığı tapıldı

 

Buçanski rayonunda rusiyalı işğalçılar tərəfindən güllələnmiş dinc əhalinin daha bir kütləvi məzarlığı aşkar edilib.

 

Bu barədə Kiyev vilayətinin polis idarəsinin rəisi Andrey Nebıtov “Facebook” sosial şəbəkəsində məlumat verib.

 

“Rusiyalılar 7 sadə vətəndaşa işgəncə veriblər, sonra isə onları başlarına güllə vuraraq vəhşicəsinə edam ediblər”, - deyə Nebıtov bildirib və dinc əhalinin dəfn olunduğu yerdən foto paylaşıb.

 

Onun sözlərinə görə, Buçanski rayonunun Mirotskoye kəndi yaxınlığında Rusiya Federasiyası əsgərlərinin mövqelərində güllələnmiş dinc əhalinin kütləvi məzarlığı aşkar edilib.

 

“Qurbanların bir çoxunun əlləri bağlanıb və dizləri güllələnib. İndi biz ölülərin şəxsiyyətini müəyyənləşdirməyə çalışırıq. Bu, Rusiya ordusunun Kiyev vilayətində növbəti sadist cinayətidir”, - deyə Nebytov vurğulayıb.

 

O əlavə edib ki, hər məhv edilmiş həyata, ukraynalıların ağrı və iztirablarına, şəhər və qəsəbələrin dağıdılmasına görə işğalçılar cavab verməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...