Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

17:44 14-01-2019 | icon 461 | Siyasət
Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

 

BMAM-in sədri Rufiz Qonaqov Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, yanvarın 14-də Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyətli Səfiri Beybit İssabayev Oksikbay Ulu ilə Qazaxıstan səfirliyində görüşüb.

 

Görüşdə Rufiz Qonaqov səfirə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi haqqında geniş məlumat verərək fəaliyyət istiqamətləri haqqında danışıb.

Rufiz Qonaqov bildirib ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi 2006-cı ildən fəaliyyət göstərir, və nəinki Cənubi Qafqazda gedən geosiyasi məsələləri tədqiq edir eyni zamanda türkdilli ölkələrin siyasi, xarici məsələlərini yaxından izləyir.

 

“Azərbaycanla Qazaxıstan Respublikasının əlaqələri günü-gündən inkişaf edir”- deyə çıxışına davam edən Rufiz Qonaqov bildirib ki, ötən ilin avqustunda imzalanan Xəzər dənizi statusu ilə bağlı konvensiya Xəzəryanı ölkələri bir birilə əməkdaşlığa səsləyən bir konvensiya kimi yadda qaldı. Xəzəryanı ölkələr qrupuna daxil olan Qazaxıstan Respublikasının bu konvensiyanı imzalaması isə onun digər ölkələrlə eləcə də türkdilli ölkələrlə əməkdaşlığa açıq olduğunu vurğulayan bir addım oldu. Bu konvensiya ilə Xəzər sülh, sabitlik və əməkdaşlıq dənizi kimi Xəzəryanı ölkələrin ortaq əməkdaşlıq platformasına çevrildi.

 

Görüşdə geniş əməkdaşlığın yaranması və davam etdirilməsi istiqamətində müzakirələr aparılıb. Səfir Beybit İssabayev bildirib ki, bundan sonra Qazaxıstan səfirliyi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi ilə sıx əməkdaşlıq edəcək və dostluq, qardaşlıq münasibətlərini davam etdirəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür