15 iyun hadisələrinə baxış-Şərh

18:05 14-06-2022 | icon 463 | Siyasət
15 iyun hadisələrinə baxış-Şərh

 

 

1993-cü il iyunun 15-də Azərbaycanın dövlət tarixində  baş verən hadisə dövlətin, xalqın “Qurtuluş günü” qeyd edilməklə təhlil olunmaqdadır. Bu gün 15 iyun tarixində. həm də Şuşa Bəyannaməsinin imzalanmasıNIN 1 ili qeyd olunur, tarixi əhəmiyyəti öyrənilir.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasətçilər ANAP sədri Abutalıb Səmədov və siyasi şərhçi Mətin Məmmədli  “Qurtuluş günü”nün əhəmiyyətinə toxunmaqla müəyyən faktlarla diqqət çəkiblər. 

 

A.Səmədov bildirib ki, 1993-cü ilin iyununda Azərbaycan parçalanmaq həddinə gəlib çıxmış, ölkədə vətəndaş müharibəsi başlamışdı və dövlətçiliyin məhv olması təhlükəsi yaranmışdı.

 

“AXCP iqtidarı Surət Hüseynovun fevral qiyamına zəruri reaksiyanı vermədi və ona şərait yarandı ki, 709 nömrəli əlahiddə briqada yaratsın. Və bu briqadanın Surət Hüseynovun rəhbərliyi ilə qaldırdığı qiyam Azərbaycanı son dərəcə ağır duruma saldı. Bundan sonra hakimiyyət ardıcıl yanlış addımlar atdı, vəziyyəti bir az da gərginləşdirdi. Çıxış yolu tapmayan AXC hökuməti iyunun 9-da böyük siyasətçi Heydər Əliyevi rəhbərliyə dəvət etmək məcburiyyətində qaldı.  Heydər Əliyev əvvəlcə Gəncəyə getdi vəziyyəti öyrənəndən sonra iyunun 15-də parlamentdə sədr seçilməyə razılıq verdi. Və həmin gün Azərbaycan dövlətçiliyinin “Qurtuluş günü” kimi qeyd olunur”.

 

A.Səmədov ümummilli lider Heydər Əliyevin ölkədə sabitliyin yaranmasına nail olduğunu, Surət Hüseynovun necə Gəncədən  uzaqlaşdıraraq təhlükəsizləşdirmək üçün müəyyən addımlar atmasına diqqət çəkib.

 

“Heydər Əliyev Avqust ayında Lənkəranda başlayan separatçılığın qarşısını aldı və Əlikram Hümbətovun rəhbərlik etdiyi  hərəkatı darmadağın elədi. Eyni zamanda Rusiya sərhəddində müəyyən qüvvələri fəallaşdırmağa çalışan Sadvalçıların da qarşsını aldı.  Bu addımlar Azərbaycanı bu ağır vəziyyətdən çıxara bildi. 1993-cü ilin iyun ayında Gəncədə qiyam qaldırmış Surət Hüseynov 1994-cü ilin oktyabrında eyni hərəkəti törətməyə cəhd göstərdi və Heydər Əliyev həmin qüvvələri darmadağın elədi. Və Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə göstərdi ki, qiyamın qarşısını böyük dövlət adamları necə allır. 15 iyun günü Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının xilas günüdür.  15 iyun Azərbaycanın vətəndaş müharibəsindən xilas olunduğu gündür. 15 iyun  Azərbaycanın parçalanmaqdan xilas olunduğu gündür. 15 iyun Azərbaycanın xarici qüvvələrin tamamən təsirindən düşməkdən xilas olduğu gündür və bu günü bizə dünyanın böyük adamlarından olan ulu öndər Heydər Əliyev bəxş eləyib.  “Qurtuluş” günü, ona qədər və sonra baş verən hadisələr öyrəniləcək, araşdırılacaq və tariximizin ən şərəfli günlərindən biri kimi xalqımız tərəfindən qeyd olunacaq”.

 

 

“Bu strateji mütəfiqlik həm Türkiyəni, həm Azərbaycanın həyati milli maraqlarına xidmət edir”

 

Siyasi analitik Mətin Məmmədli hafta.az-a həm “Qurtuluş günü”, həm də Şuşa Bəyannaməsinin əhəmiyyətini qeyd edərək Azərbaycan tarixində özünəməxsus günlərdən olduğunu bildirib. Müqayisələr aparan M.Məmmədli bildirib ki, əgər 15 iyunda Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı o zaman həm daxili, həm xarici təhdidlərlə üzləşən ölkəmizi ciddi təhlükələrdən qoruyub, dövlətçiliyi xilas elədisə,  Şuşa Bəyannaməsi iki ölkə arasında strateji müttəfiqlik əlaqələrini ilk dəfə rəsmiləşdirdi. 

 

“Azərbaycan və Türkiyə rəsmi strateji müttəfiqlik kimi xarakterizə olunmuşdu.  Hər iki ölkə arasında imzalanmış bu strateji mütəfiqlik həm Türkiyəni, həm Azərbaycanın həyati milli maraqlarına xidmət edir. Şuşa bəyannaməsi həm ölkəmizin təhlüksəizliyinin qorunmasında, böyük əhəmiyyət daşıyır,  eyni zamanda bütövlükdə Cənubi Qafqaz regionunda davamlı sülhə xidmət eliyir. Bu baxımdan həm Şuşa Bəyannaməsinin imzalanmasını, eyni zamanda  da “Qurtuluş gününü” bu formada əlaqələndirmək olar. (hafta.az)

 

Versus.az

T.Qafarlı

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı