Cəsarətli, uzaqgörən, zəngin dövlətçilik TƏCRÜBƏSİ

22:15 15-06-2022 | icon 468 | Siyasət
Cəsarətli, uzaqgörən, zəngin dövlətçilik TƏCRÜBƏSİ

Vasif Novruzov: "15 iyun - Azərbaycan tarixində dönüş nöqtəsi, yeni bir mərhələ idi"

 

1993-cü ilin 15 iyunu müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun - Qurtuluş Günü kimi Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi.



Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın coxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.



Milli Qurtuluş Günü ilə bağlı Yardımlı rayon icra və probasiya şöbəsinin rəisi VASİF NOVRUZOV bununla bağlı açıqlamasında bildirib ki, ziddiyyətlərlə dolu o ağır illərdə düşdüyümüz labirintdən ölkəni yalnız və yalnız cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsi xilas edə bilərdi:



"Belə bir dönəmdə həmin keyfiyyətləri xalq ulu Öndərdə gördü. Ulu Öndər də xalqın səsinə səs verərək bu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi, yeni bir mərhələ oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu və bütün bunlar Milli Məclisin qərarlarında da öz əksini tapır. Həmin qərarlarda da vurğulanır ki, "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi"".



Xalqın itirilmiş inamının, itirilmiş güvənc hissinin özünə qayıtmasında Heydər Əliyev faktorunu yüksək qiymətləndirən Vasif Novruzov bizimlə söhbətində həm də onu bildirdi ki, məhz 1993-cü il 15 iyundan sonra müstəilliyimizin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsası qoyuldu:


"Heydər Əliyev tərəfindən atılan çevik və əməli addımlar nəticəsində ölkədə qısa müddət ərzində ictimai-siyasi sabitliyə nail olundu, qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı, ordumuzun daha da gücləndirilməsi üçün imkan əldə edildi. Müstəqil Azərbaycanın iqtisadi inkişafı üçün mühüm işlər görülməyə başlanıldı. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Azərbaycanda hüquqi dövlət quruculuğu işinin uğurla təşkil edilməsi də məhz bunun təzahürü kimi qiymətləndirilir.


Dahi öndərin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası hazırlanaraq 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edilib. Artıq dünya birliyi Azərbaycan Respublikasını müstəqil, balanslaşdırılmış daxili və xarici siyasəti olan, başqa dövlətlərin hüquq və mənafeyinə, beynəlxalq hüququn normalarına hörmətlə yanaşan və özünə də hörmətlə yanaşılmasını tələb edən demokratik və sivil dövlət kimi qəbul etmişdir".



Bayram münasibətilə xalqımızı təbrik edən Vasif Novruzov sonda onu da vurğulayıb ki, Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi:

 

"Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeləri xeyli möhkəmlənib. 44 günlük Vətən Savaşında qazanılan möhtəşəm Zəfər də elə bu uğurların məntiqi nəticəsidir. Artıq bu gün Azərbaycan qalib dövlət olaraq yeni zirvələrə doğru irəliləməkdədir. Şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz".

Bu inam, bu qətiyyət Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı, milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandıq. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

 

Müşfiq Rəhimov
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”