"Özümü qadın kimi hiss etməyə vadar etdi" - ETİRAF
Samir Bağırov: "Həyatda böyük yanlışlarım çox olub"
Müğənni Samir Bağırov yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi müsahibələrindən birində şəxsi həyatından danışıb.
Bağırov özünü qadın kimi hiss etdiyini bildirərək hər kəsi təəccübləndirib:
"Bizim nəslimizdə ana və ata tərəfdən oğlan uşağı olmayıb. Hamısının qız övladı doğulub. Məni də uşaqlıqdan hər kəs qıza oxşadırdı. Bu da mənə özümü qadın kimi hiss etməyə vadar etdi. Həyatda böyük yanlışlarım çox olub. Amma artıq ömrün yarısına gəlmişəm. Bundan sonra özümü axırıncı yola qoyub, gündəmə gəlmək istəmirəm. Axı mən çox güclü musiqiçilərdən dərs almışam!".
Qeyd edək ki, Samir dəfələrlə sənətdən getməsinə baxmayaraq, pərəstişkarlarının ona olan sevgisi və rəğbəti dəyişməz olaraq qalıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"