29 yaşlı azərbaycanlı iş adamı ABŞ-da güllələndi - YENİLƏNİB

11:13 15-01-2019 | icon 716 | Hadisə
29 yaşlı azərbaycanlı iş adamı ABŞ-da güllələndi - YENİLƏNİB

 

ABŞ-ın Şimali Karolina ştatının Şərqi Şarlotta şəhərində fəaliyyət göstərən "Fixer Electronic Repair" mağazasının sahibi, azərbaycanlı iş adamı Elçin Xəlilov güllələnib.

 

 

Versus.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Qubad İbadoğlu şəxsi Feysbuk səhifəsində informasiya verib.

 

Məlumatda bildirilir ki, 29 yaşlı iş adamı iş yerində silahlı hücuma məruz qalıb. O, aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib. Şahidlərin sözlərinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də tapılmayıb.

Həmçinin bildirilib ki, Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul olub. O, bir neçə il öncə ABŞ-a köçüb. E.Xəlilov Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.

Amerika polisinin verdiyi məlumata görə, qanlı hadisə bazar ertəsi saat 10:00-10:30 arasında baş verib. Elçin Xəlilovu yaralı şəkildə yaxınlıqda fəaliyyət göstərən "Milton" gözəllik salonunun işçiləri yaralı halda tapıb. Cinayətkar qurbanına boynundan xəsarət yetirib.

Elçin Xəlilovun cənazəsinin Azərbaycana qaytarılacağı bildirilib.

 

11:10

ABŞ-da azərbaycanlı oğlan öldürülüb.

Versus.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində yaşayan 29 yaşlı azərbaycanlı qətlə yetirilib.

Telefon təmiri mağazasında işləyən Elçin Xəlilov həmin məkanda güllələnib. Polislər hadisə yerinə gələndə o, yaralı vəziyyətdə olub. E.Xəlilov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Cinayətlə bağlı araşdırma aparılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı