ABŞ-da qanlı olay
Silahlı şəxs kilsədə insanları güllələdi
ABŞ-ın Alabama ştatında silahlı şəxs kilsədə insanlara silahla hücum edib.
Nəticədə iki nəfər ölüb, bir nəfər yaralanıb.
Vestavia Hills polisi iyunun 16-da axşam Müqəddəs Stefan kilsəsində 3 nəfərin yaralandığını, onlardan birinin daha sonra öldüyünü təsdiqləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs həbsdədir, onun hərəkətlərinin motivləri barədə məlumat verilmir.
Fevralın sonunda Kaliforniya ştatının Sakramento şəhərində kilsədə atışma zamanı bir neçə nəfər, o cümlədən uşaqlar ölüb. Atışmadan sonra hücum edən şəxs intihar edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"