Çətin və bir o qədər də ŞƏRƏFLİ PEŞƏ

14:35 17-06-2022 | icon 796 | Sağlamlıq
Çətin və bir o qədər də ŞƏRƏFLİ PEŞƏ

Nərminə Abbasova: “Milli səhiyyə sistemimiz sürətlə müasirləşir

 

Ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

 

Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı fikirlərini versus.az-ın oxucuları ilə bölüşən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA bildirdi ki, ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi.

 

 

Nərminə Abbasova qeyd etdi ki, bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır:

 

 

“Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.

 

Həkim-terapevt vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Azərbaycan səhiyyəsinə göstərilən bu diqqət və qayğı içərisində tibb işçiləri hər il iyunun 17-də peşə bayramlarını qeyd edirlər:

 

 

“Ümumiyyətlə səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Bu, istər dövlət, istərsə də özəl klinikalarda öz təsirini göstərir.

Tarixi faktlara da nəzər salsaq görərik ki, həkimlik hər zaman çətin və bir o qədər də şərəfli peşə olub. Lakin dünyanı ağuşuna alan xəstəliklərə qarşı savaşda “ağ xalatlı”ların nə qədər cəsur olduğu danılmazdır. Bəli, çoxları “bu, həkimlərin vəzifə borcudur” deyə bilər, amma günlərlə, mən deyərdim ki, aylarla evinə getmədən insanların sağlamlığının keşiyində dayanmaq sadəcə fədakarlıqdır”.

 

 

P.S. - Odur ki, həkimlərimizə təşəkkür etmək bizim də borcumuzdur. Versus.Az kollektivi olaraq, başda saytımızın daimi müsahibi olan Nərminə Abbasova olmaqla, bütün tibb işçilərini bu gün münasibətilə təbrik edirik.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...