Azərbaycan dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq etdi

10:24 18-06-2022 | icon 571 | Siyasət
Azərbaycan dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq etdi

Fuad Əliyev: "Bu forum həm də dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür"

 

Azərbaycan 2013-cü ildən keçirilməsinə başlanan Qlobal səviyyəli Bakı Forumuna doqquzuncu dəfə ev sahibliyi edir. Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı əsasında yaradılmış “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən keçirilməsi artıq ənənəvi hal alan bu forumda yenə də dünyaca çox önəmli şəxslər iştirak edir. Forumda 53 ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edir.

 

Forumla bağlı fikirlərini Versus.Az-a açıqlayan Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyev vildirib ki, belə forumlara ev sahibliyi edən Bakının dünyada mövqeyi güclənir.

 

Onun sözlərinə görə, artıq Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib:


“Bu baxımdan bu forum xüsusi əhəmiyyətə malikdir. Nüfuzlu siyasi xadimlərin, dövlət rəsmilərinin bu forumda iştirakı, formula bağlı fikirləri tədbirin əhəmiyyətini bir daha göstərir. Prezident İlham Əliyev də ənənvi olaraq budəfəki çıxışında bir çox mühüm və vacib məsələlərə toxundu. Bu gün dünyada Azərbaycanın özünəməxsus yeri var. 44 günlük Qarabağ zəfəri Azərbaycanın dünyada yerini və mövqeyini daha da gücləndirib”.



ALDP sədri vurğulayıb ki, Prezident düzgün olaraq bu forumda qeyd edib ki, bizim Qafqaza baxışımız regionda əməkdaşlıq, inteqrasiya və sülhdür:

 

“Azərbaycan bu istiqamətdə ilk addımı atmaq üçün artıq öz təkliflərini irəli sürüb və bu məsələni Gürcüstan tərəfi ilə müzakirə edib. Gürcüstan hökuməti dialoqu başlatmaq üçün Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyir. Lakin Ermənistan tərəfi bundan imtina edir. Bunun səbəbini bilmirəm və heç bir əsaslı izah tapa bilmirəm.
Bildiyim qədər, hətta Avropa institutlarından biri də bu təkliflə çıxış edib, amma yenə də rədd cavabı verilib. Əgər Ermənistan sülh istəmirsə, bəs nə istəyir? Əgər yeni müharibə istəyirsə, bunun onlar üçün faciəvi fəsadları olacaq”. Deyə bilərik ki, geosiyasi cəhətdən olduqca həssas regionda yerləşən Azərbaycan hər zaman bütün qonşuları ilə mehriban qonşuluq və sülh şəraitində yaşamağın tərəfdarı olub. Ölkəmiz Qarabağ probleminin artıq tarixdə qaldığını və sülh üçün addımların atılmasının önəmini vurğulayır. Azərbaycan yeni səhifə açaraq sülh üçün ikili münasibətlərin bərpa olunması naminə addımlar atmağa hazırdır. 30 il ərzində üçüncü ölkələrin əlində oyuncaq olan Ermənistan nəhayət ki, öz dövlətini qurmaq istəyirsə, qalib ölkəmizin sülh təkliflərini mütləq şəkildə dəyənləndirməlidir. Azərbaycan onsuzda güc yolu ilə də olsa, istəyinə nail olub”.

F.Əliyev onu da qeyd edib ki, beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi həm də ona görə yüksəkdir ki, burada müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədardır:

 

“Bu forum həm də dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir”.

 


SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”