Yumurta İnstagram-da rekord vurdu

11:44 15-01-2019 | icon 686 | Maraqlı
Yumurta İnstagram-da rekord vurdu

 

Ağ fonda çəkilmiş adi yumurtanın fotosu İnstagram-da "like" rekordu vurub.

 

Versus.Az bildirir ki, world_record_egg akkauntunda paylaşılmış fotonu bir neçə gün ərzində 38,1 milyon nəfər bəyənib. Beləliklə, yumurtanın fotosu populyarlıq statistikası baxımından amerikalı supermodel Kayli Cennerin yeni doğulmuş qızı Storminin ötən ilin fevralında paylaşılmış fotosunu üstələyib.

 

Rekordçu paylaşmanın müəllifi world_record_egg akkauntunu İnstagram-dakı lideri "devirmək" üçün yaradıb. "Gəlin birlikdə dünya rekordu vuraq və İnstagram-da ən çox "like" toplamış posta nail olaq. Kayli Cennerə məxsus 18 milyon "like"lıq rekordu yeniləyək", - anonoim müəllif yanvarın 4-də yumurta fotosunu paylaşaraq yazmışdı.

 

İlk günlərdə "like" artımı çox deyildi. Lakin yumurtanın fotosu mediada yayılandan sonra yanvarın 13-də "like"ların sayı 13 milyonu keçib.

 

Rekord vurmuş fotonun müəllifi adını açıqlamır. O, özünü "Britaniyada yaşayan toyuq Henrieatta" kimi təqdim edir. "Henrietta" yumurtaya "Yucin" adını verib.

Kayli Cenner yumurta fotosunun uğuruna operativ reaksiya verib. O, fanatlarının Snapchat-dakı @kylies_snapchat akkauntunda video paylaşıb. Videoda o, qızmar asfaltda yumurta sındıraraq onu bişirməyə çalışır.

 

Bu ay yapon milyarder Yusaki Maedzava Twitter-də rekord vurub. O, 10 təsadüfi mikrobloqerin hər birinə 100 milyon yena verəcəyini vəd edib. Bu tviti iki gün ərzində 5 milyondan artıq insan paylaşıb.

Bu gün bəlli olub ki, world_record_egg akkauntu Londonda yaradılıb. Hələlik anonim qalan müəllif merçandayzinnq kampaniyasına start verərək aksessuar satışına başlayıb.

21 yaşlı Kayli Cennerin İnstagram rekordu vurmasında müstəsna rol oynamış Paper jurnalı yumurtanı da "vəsf" edib. Jurnalın dünənki sayında sınmış yumurta fotosu və "Break the internet" ("İnterneti qır") yazısı var.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?