Makron yarımçıq qələbə qazanır
Versus.az-ın xəbərinə görə, Fransada parlamentin aşağı palatasına – Milli Məclisə seçki başa çatıb. Novator.az-ın məlumatına görə, iyunun 19-da keçirilmiş ikinci turdan sonra prezident Emmanuel Makronun İntibah Partiyası və müttəfiqləri 245 mandat əldə edir.
Sosialist Partiyası, Kommunist Partiyası, Fəthedilməz Fransa Partiyası və başqa solçuları birləşdirən blok 131, ifrat sağ qüvvə – Milli Birlik Partiyası 89, Respublikaçılar Partiyası və müttəfiqləri 64 mandat götürür.
577 təkmandatlı dairə üzrə formalaşan Milli Məclisdə çoxluq üçün 289 mandat gərəkdir.
İntibah Partiyası və müttəfiqləri 2017-ci ildə seçilmiş parlamentdə 347 yerə sahib idi.
Birinci turun səsverməsi iyunun 12-də olmuşdu.
Emmanuel Makron 2017 və 2022-ci illərdə prezident mandatı alıb. Baş nazir postunu Elizabet Born tutur.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"