Yemək yeyərkən hamilə qadını ildırım vurdu
Hindistanda ildırım vurması nəticəsində 3 nəfər ölüb.
Hadisə Assam ştatının Mazbat rayonunda baş verib.
Onlar 13 və 15 yaşlı iki yeniyetmə qız, həmçinin 7 aylıq hamilə 20 yaşlı qadın olub.
İldırım çaxanda onlar hər üçü nahar edirmiş. Həmin şəxslər hadisə yerində ölüblər. Ərazidə bir neçə ev heyvanı da tələf olub.
Faciə ucqar bölgədə baş verdiyindən polis həmin əraziyə çatmaq üçün cəngəllikdə 14 km getməli olub.
Assam ştatının şimal-şərqində bir həftədir yağan daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb.
Ümumilikdə Assamın 29 dairəsindən 4,7 milyon sakini daşqınlardan zərər çəkib. 2,2 mindən çox kənd su altında qalıb. 23 min sakin təbii fəlakət zonasından müvəqqəti düşərgələrə köçürülüb.
Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"