"Bu Bəyannamə dövlətlərimizin iqtisadi-sosial, hərbi yaxınlaşmasını labüd edəcək"

12:20 22-06-2022 | icon 377 | Siyasət
"Bu Bəyannamə dövlətlərimizin iqtisadi-sosial, hərbi yaxınlaşmasını labüd edəcək"

Əbülvəz Mamedov: "Prezidentlərin noyabr səfərinədək bu məsələlər öz həllini tapa bilər"

 

"Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrə qədəm qoydu. Strateji tərəfdaşlıq haqqında bəyannamə hər iki dövlətin iqtisadi-sosial, hərbi yaxınlaşmasını labüd edəcək".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Əbülfəz Mamedov bildirib.

 

 

Ə.Mamedov vurğulayıb ki, prezidentlərin müzakirə etdiyi mövzulardan dil, mədəniyyət, ictimai təşkilatlar arasında əlaqələrin qurulması mövzusu sevindirici haldır:

 

"Hər iki xalq türkdür və xalqlarımızın yaxınlaşması, əlaqələrinin dərinləşməsi olduqca önəmlidir. Özbəkistan-Qırğızıstan-Çin dəmir yolundan istifadəyə nəzər yetirdikdə, hər iki ölkənin Asiya bazarlarına çıxışı asanlaşdırılacaq".

 

Politoloq vurğulayıb ki, əslində, bu, nəqliyyat sahəsində yeni əməkdaşlıq formatıdır:

 

"Bakı-Tbilisi-Qars dəmir yoluna gəldikdə isə, Özbəkistanın marağındadır ki, yükdaşımalar artırılsın. Hərbi sahədə əməkdaşlıqın əsas mahiyyəti - xarici təhdidlərə qarşı birgə mübarizə. Cənab İlham Əliyev də bu səbəbə görə qarşılıqlı fəaliyyətin vacib olduğunu qeyd etdi".

 

Özbəkistan şirkətlərinin Qarabağın bərpa-quruculuğunda iştirakına gəlincə, politoloq qeyd etdi ki, geniştərkibli görüşdən sonra verilən açiqlamada bu məsələ Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən üstüörtülü şəkildə dilə gətirildi:

 

"Prezidentlər bu məsələni müzakirə edib. Cənab İlham Əliyevin Özbəkistana noyabr səfərinəcən bu məsələ öz həllini tapa bilər".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol