"Azərbaycan xalqı üçün də çox xoş oldu, özbək xalqı üçün də xoş oldu”

17:31 22-06-2022 | icon 831 | Siyasət
"Azərbaycan xalqı üçün də çox xoş oldu, özbək xalqı üçün də xoş oldu”

 

 

“Özbəkistan həmin silsiləyə daxil olan dövlətlərdəndir. Prezidentin Özbəkistanda yüksək qarşılanması, göstərilən isti münasibət, əldə olunan nəticələr belə fikri söyləməyə əsas verir ki,  Türk Dünyasının arasında olan birlk, günü – gündən möhkəmlənir. Bu sırada müxtəlif yerlərdə dayananlar var.  Amma Özbəkistan bu münasibətlər müstəvisində 1-ci yerlərdə dayananlardandır. Bu görüş Azərbaycan xalqı üçün də çox xoş oldu, özbək xalqı üçün də xoş oldu”

 

 

 

Versus.azhafa.az-a istinadla  xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli Azərbaycan Prezidentinin Özbəkistan səfəri ilə bağlı açıqlamasında bildirib.

 

 

F.İbrahimlinin sözlərinə görə, Türkiyə ilə münasibətlərimizin yüksələn inkişafı Türk Dünyasının bizə olan marağını  artırıb.  Dövlətlərarası münasibətlərdə siyasi maraqlarla yanaşı iqtisadi maraqların olduğunu, əksər hallarda bir çoxlarının bir-birnə “əlindən alım, qoparım” prinsipi ilə yanaşdığını qeyd edərək, Özbəkistanın Azərbaycanla “əl-ələ”verərək faydalanmağa kökləndiyini deyib.

 

 

“Azərbaycanın yaxın tarixinə qısa nəzər salsaq, son illərdə nüfuzunun beynəlxalq münasibətlər sistemində çox yüksək olduğunu görərik.  Azərbaycan bütün dünyada qəbul olunur. Bunun  bir neçə səbəbləri var. Birincisi, Azərbaycanın iqtisadi, siyasi sahədə əldə etdiyi uğurlar  dünyaya bir nümunədir.  Azərbaycan özünün sabitliyi ilə dünyaya bir nümunədir, bir məktəbdir. Azərbaycanın iqtisadi tərəflərini hər kəs gördü.  44 günlük Vətən müharibəsində isə dövlətin  nüfuzunu artırdı və haqqın-ədalətin uğrunda axıra qədər getməyin vacibliyi göründü. Ən əsası isə iqtisadi istiqamət, dünya enerji sistemində Azərbaycanın rolu, dünyada gedən bu qarşıdurmalar fonunda görünən Azərbaycan çox diqqət çəkir.  Dövlətlərin Azərbaycana münasibəti özlərindən asılı olmayaraq bizə layiq olur. Bunların içərisində kökümüz, qanımız bir olan türk dünyasının özünəməxsusluğu var”.

 

Tahirə Qafarlı

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin