"Quruculuq tədbirləri 44 günlük müharibənin davamıdır"

17:40 22-06-2022 | icon 324 | Siyasət
"Quruculuq tədbirləri 44 günlük müharibənin davamıdır"

Zahid Oruc: “42 kilometrlik Qərbi Zəngəzur yolunu da tikməyə hazır olmalıyıq”

 

"2022-ci ilin dövlət büdcəsinə edilən dəyişiklikləri, xüsusilə də xərclərin 2.4 milyard manatdan çox artırılmasını son 30 illik müstəqillik tariximizdə müstəsna hadisə kimi qiymətləndiririk".

 

Versus.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında deyib.

 

Millət vəkili xatırladıb ki, ”Əsrin müqaviləsi” nəticəsində 2004-cü ildə daxil olan ilk neft gəlirlərindən sonra - 3 il istisna olmaqla, 15 il ərzində həmişə yarım ilin yekunlarında belə qərarlar verilib:

 

"Lakin artımlar heç vaxt indiki qədər olmayıb.Beləliklə, dəyişikliklərdən sonra yerləşdiyimiz regionda Gürcüstanın dövlət büdcəsi 6.3 milyard dollar, Ermənistanda isə 4.4 milyard dollar olduğunu nəzərə alsaq, Azərbaycanın dövlət büdcəsi iki Cənubi Qafqaz ölkəsinin birgə büdcəsindən iki dəfə artıq olacaqdır.

Keçmiş sovet məkanında Rusiya-Ukrayna savaşı şəraitində ilin ortasında büdcə xərclərinin kəskin artırımına gedən dövlət yoxdur. Əvəzində “taxıl və silah” termini indi yanaşı işlənir. Müharibə hazırki templə davam etsə, nəinki silah və hərbi texnika, eləcə də qeyri-ərzaq xarakterli istənilən məhsulu verib, öz xalqının çörəyə ehtiyacını ödəməyə çalışan dövlətləri görəcəyik. Hətta İsveç, Finlandiya kimi neytral ölkələr də tarixi seçim qarşısındadılar. Ona görə də dövlət başçısının qərarının təkcə iqtisadi deyil, daha çox hərbi-siyasi və təhlükəsizlik xarakteri daşıdığına şübhə yoxdur. Son 30 ildə ölkəmizin bütün həyatından qopmuş Qarabağ torpaqlarını təkcə ordu və silahla deyil, həm də inşaat və qurucluq, infrastruktur və nəqliyyat tədbirləri ilə yenidən xalqa qazandırmaq gərəkdir".

 

Komitə sədri bildirib ki, büdcəyə edilən yeni artım Zəngəzur yolunun açılması üçün Prezident planının gücləndirilməsinə xidmət edir:

 

"Biz indi nəinki sərhədlərin açılması, eləcə də Naxçıvanla quru kommunikasiya ilə birliyi üçün 42 km-lik Qərbi Zəngəzur yolunu da tikməyə hazır olmalıyıq. Subyektiv olaraq irəli sürdüyümüz bu mövqe dövlət başçısının hökumətə, iş adamlarına, vətəndaşlara və xarici kompaniyalara çağırışından irəli gəlir. Əgər hər hansı əcnəbi şirkət gəlib Şərqi Zəngəzurda çalışırsa, onda milli şirkətlərimiz də gedib Qərbi Zəngəzur yolunu qısa müddətdə tikə, tarixi yolu bərpa edə bilərlər.Beləliklə, 2.4 milyard manatlıq ayırmaların yönəldiyi sahələr Ermənistanın sülh istəməyən dairələrinə təzyiqi gücləndirəcək. Çünki quruculuq tədbirləri 44 günlük müharibənin davamıdır. Beləliklə, büdcəni artırmaqla dövlət başçısı “Qarabağa qayıdışı” sürətləndirir. Ölkəmizin 68 inzibati bölgəsi ilə müqayisədə son 20 ay ərzində azad torpaqlara edilən 23 səfər Qarabağın quruculuğunun prezidentin hədəfində 1-ci yerdə olduğunu göstərir. İndiki büdcə qərarı təkcə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı deyil, eləcə də dünyadakı iqtisadi-siyasi və ərzaq sanksiyalarının gücləndiyi bir dövrdə ölkəmizdə sosial tarazlığı qoruyub saxlamaq və münbit yeni əkin-biçin sahələri yaratmaq məqsədi daşıyır".

 

Z. Oruc vurğulayıb ki, son bir əsrdə qlobal savaşlar zamanı ilk dəfədir ki, Azərbaycan ayaqlar altında qalmır, yanlış siyasət hesabına xarici işğallar və istismar yaşamır:

 

"Digər mühüm məqam - fevralın 4-də Cənub Qaz dəhlizi Məşvərət Şurasının iclasında ölkə rəhbəri bəyan etdi ki, əgər Qərblə düzgün enerji dialoqu qurulmasaydı, indi milyard dollarlıq daxilolmalar əldə edilməz, neft və qazdan alınan gəlirlər bərabərləşməzdi. Son bir neçə ayda ölkəmizə qaz ixracı xahişi ilə edilən səfərlərin və müraciətlərin sayı kəskin artıb. Göründüyü kimi, son bir əsrdə qlobal savaşlar zamanı ilk dəfədir ki, biz ayaqlar altında qalmırıq, yanlış siyasət hesabına xarici işğallar və istismar yaşamırıq, torpaq, insan və sərvət itkisi vermirik, əksinə siyasi əhəmiyyətimiz artır və bir vaxtlar Qafqazlarda savaş çıxaranlardan o vaxtkı haqqımızı geri alırıq.Bizim hazırki neft-qaz gəlirlərinin artması yalnız buruqların və xarici müharibələrin hesabına deyil, prezidentin diplomatik-siyasi məharətinin faydalarıdır. Ona görə də əldə olunan milyardları yüz il əvvəl Azərbaycandan qoparılan sərvətlərin əvəzi, tarixi ədalətin bərpası adlandırmaq olar. Ölkəmiz İran, Rusiya, Gürcüstan, Ermənistandan fərqli olaraq, regionda sanksiyalara və izolyasiyaya məruz qalmayan yeganə ölkədir.Belə şəraitdə Prezidentə çevik, şəffaf və məsuliyyətli hökumət gərəkdir ki, xalqla fasiləsiz işləsin, millətin Qələbəsini qorumaqda daimi birliyi saxlasın, rəhbərin qərarlarını dəqiq və ünvanlı yerinə yetirsin!

Büdcə gəlir və xərclərinin artması həm də hökumətin xalqa qıtlıq və ərzaq böhranının baş verməyəcəyinə dair zəmanəti kimi qəbul edilə bilər. Ona görə də inanınırıq ki, prezidentin yeni büdcə qərarına Parlament müsbət səs verəcəkdir!"

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin