ABŞ Minsk Qrupunu niyə dirçəltmək istəyir?

10:46 23-06-2022 | icon 423 | Geopolitika
ABŞ Minsk Qrupunu niyə dirçəltmək istəyir?

 

ATƏT-in Minsk Qrupu, “status” məsələsi “gorbogor” oldu. Amma bəzi Qərb diplomatları sanki Azərbaycanın acığına İrəvan rəsmilərinə qoşulub vaxtaşırı bunun əksini iddia etməkdədirlər.

 

 

Son olaraq ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid bu xüsusda fərqlənib. Belə ki, keçən həftəsonu Bakıdan sonra İrəvanda olan diplomat bəyan edib ki, “ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətləri kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır”. Donfrid ardınca deyib: “ABŞ Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləyir. Biz inanmağa davam edirik ki, bu, xüsusilə Dağlıq Qarabağ məsələsində çox vacib formatdır. Sülh prosesini irəli aparmaqdan ötrü fərqli formatları saxlamaq vacibdir. Və biz bunu yaxın gələcəkdə də davam etdirəcəyik”.

 

 

Amerikalı diplomat həmçinin bu formatda Rusiya ilə əməkdaşlığı mümkün saydığını bildirib: “Rusiya Minsk Qrupunun həmsədridir. Odur ki, bəli, Fransa, ABŞ və Rusiya bu formatı davam etdirəcək”.

 

Halbuki hazırda Qərb (ABŞ) - Rusiya münasibətləri ən kritik dövrünü yaşayır. Bəs Vaşinqton rəsmilərinin “erməni dəyirmanına su tökən” bu qəbildən bəyanatları hansı məqsədi güdür? Bakı bunlara reaksiya verməlidirmi?

 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin yanvarında yerli telekanallara müsahibəsində Bakının Minsk Qrupunun Qarabağ məsələsi ilə məşğul olmaq cəhdlərinə imkan verməyəcəyini açıq şəkildə söyləyib. IX Qlobal Bakı Forumunda Prezident oxşar fikri bir daha təkrarlayıb. Denfrid isə İlham Əliyevin ATƏT-in Minsk Qrupuna ehtiyac olmadığı haqda bəyanatlarına bu cür münasibət bildirib: “Azərbaycan Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləmir, Birləşmiş Ştatlar isə dəstəkləyir və biz bu prosesdə iştirak edirik, bundan sonra da iştirak edəcəyik”.

ABŞ-ın belə bir riyakar dirənişində hədəf, məram nədir?

Versus.az xəbər verir ki, deputat Hikmət Babaoğlu yerli mediata açıqlamasında bildirib ki, ABŞ - Rusiya münasibətləri faktiki olaraq müharibə vəziyyəti kimi xarakterizə olunur.

 

“Çünki tərəflər hibrid müharibənin müxtəlif komponentləri üzrə Ukraynada savaş içərisindədilər. Eyni qarşıdurma Yaxın Şərq də başda olmaqla, az qala dünyanın hər yerində, müxtəlif səviyyələrdə mövcuddur. Belə  olan halda ABŞ rəsmisinin səsləndirdiyi fikirlər ABŞ-ın 30 il davam edən münaqişə dövründə həmsədr kimi, münaqişənin həll edilməsi deyil, status-kvonun saxlanılması istiqamətində fəaliyyət göstərməsinin sübutudur. Eyni zamanda həm də hər üç həmsədr ölkənin keçmiş Qarabağ münaqişəsinin həll edilməməsində ortaq mövqedən çıxış etmələrinin göstəricisidir”.

Deputat qeyd edib ki, hazırda Azərbaycan öz gücü ilə problemi həll edərək tamamilə yeni reallıq yaradıb.

 

“ABŞ  sırf  keçmiş Qarabağ probleminin həll olunmasında bu reallığın bir parçası deyil. Çünki müharibədən sonra Ermənistan kapitulyasiyaya məcbur edilərkən imzalanan üç tərəfli bəyannamənin iştirakçısı olmayıb. Yeni reallığın hüquqi-siyasi əsaslarını isə məhz bu üç tərəfli bəyannamə və onun tərəflər üzərinə qoyduğu vəzifə və öhdəçiliklər təşkil edir. Bəhs etdiyimiz bəyannamənin mətnində isə nə hər hansı bir qrup, nə də hər hansı bir status məsələsi var. Bununla belə, yaranmış yeni reallıq tamamilə beynəlxalq hüquqa uyğundur. Yəni Minsk Qrupunun həll etməli olduğu problem beynəlxalq hüququn tələblərinə uyğun şəkildə həll edilib. Belə olan halda  ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfridin  fikirləri problem olmayan yerdə  yenidən problem yaratmaq cəhdləri kimi qəbul edilməlidir. Eyni zamanda bu, həm də bir müddət öncə, Lavrovun digər həmsədrlər bizimlə əməkdaşlıq etmirlər, gileyinə ABŞ-ın bir növ gecikmiş cavabıdır”.

 

H.Babaoğlu hesab edir ki, Minsk Qrupunun bərpa edilməsi arzusu Rusiya üçün hazırkı mürəkkəb vəziyyətdə, nəhayət, heç olmasa bir platformada ABŞ-la əməkdaşlıq etmək imkanı deməkdir: “Bu isə Rusiyaya  başqalarının hesabına müəyyən manevr imkanları qazandıra bilər. ABŞ üçünsə ona görə lazımdır ki, Qafqazda itirdiyi mövqeləri qismən bərpa edə bilməklə yenidən regionda Rusiya ilə geosiyasi rəqabət apara bilsin. Ancaq artıq bu arzuların reallaşması mümkün deyil. Çünki Azərbaycan öz strateji müttəfiqi ilə birlikdə tamamilə fərqli geostrateji reallıq yaradıb və bu reallıq bütövlükdə regional güc balansını kardinal şəkildə dəyişib. Ona görə də bu reallığın qəbul edilməsindən başqa ayrı bir çarə yoxdur. Yaxşı olar ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid təkcə ABŞ-a lazım olanda deyil, digər məsələlər haqqında fikir bildirəndə də beynəlxalq hüququ xatırlasın. Minsk Qrupu hər hansı beynəlxalq təşkilatın struktur vahidi deyil, beynəlxalq hüququ təmin etmək üçün müvəqqəti yaradılmış situasiv vasitəçi idi. O situasiya isə artıq yoxdur. Deməli, həmin qurumun fəaliyyətinə də heç bir ehtiyac yoxdur”.

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf  yolu keçmişdir - "İki sahil"

Deputat Ceyhun Məmmədov xatırlatdı ki, Prezident İlham Əliyev ATƏT-in  Minsk Qrupu ilə bağlı fikirlərini dəfələrlə vurğulayıb: “Azərbaycan özü keçmiş münaqişəni həll edib. Burada sadə məntiq var: əgər Minsk Qrupu belə potensiala malik idisə, niyə 30 ildə göstərmədi?! Amerika rəsmiləri Bakıda səfərdə olarkən Azərbaycanın mövqeyi dəfələrlə onların diqqətinə çatdırılıb. Azərbaycan üçün bu məsələ artıq bitib. Ona görə yaxşı olar ki, Amerika rəsmiləri belə bəyanatlar verməsinlər. Bu, ikitərəfli əlaqələrin inkişafına da mənfi təsir göstərir”.

C.Məmmədovun sözlərinə görə, digər bir mühüm məqam isə ondan ibartədir ki, Qərb-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda da Minsk Qrupunun fəaliyyəti perspektivsiz görünür: “Rusiya artıq bu məsələ üzrə ayrıca nümayəndə təyin edib. Ukrayna məsələsində dərin fikir ayrılığında olan tərəflər Qarabağ məsələsində hansı uğurlar əldə edəcəklər?

Hesab edirəm keçmişdə ilişib qalmaq yox, gələcəyə baxmaq lazımdır. Belə bəyanatlar Ermənistanda revanşizmə meyli artırır, ölmüş arzuları yenidən dirildir. Qeyd etdiyimiz kimi, Azərbaycan özü münaqişəni həll edib. İndi bölgənin təhlükəsizliyinin təmin olunması, bölgəyə sülhün gəlməsi istiqamətində səylər artırılmalıdır. Əgər prosesə kimsə töhfə vermək istəyirsə, bu istiqamətdə çalışmalıdır".

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Vaşinqtonun Minsk Qrupunu canlandırmağa çalışması Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirə bilər.

 

“İkinci Qarabağ müharibəsindən sonra Minsk Qrupunun fəaliyyətini davam etdirməsi məntiqə ziddir. Birincisi, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə çalıb və rəsmən elan edib ki, Minsk Qrupunun fəaliyyətini davam etdirməsinə ehtiyacı yoxdur. İkincisi, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə görə Kremlin Vaşinqton və Parislə münasibətləri gərgindir, ortada sanksiyalar var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov elan edib ki, Moskva bu şəraitdə Vaşinqton və Parislə birgə Minsk Qrupunda fəaliyyət göstərə bilməyəcək. Bunun qarşılığında Azərbaycana və Ermənistana səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid bəyan edib ki, ABŞ Minsk Qrupunun fəaliyyətini, o cümlədən Fransa və Rusiya ilə birgə çalışmağı dəstəkləyir. Azərbaycan istəmir, Rusiya da bunun mümkünsüz olduğunu hesab edir, Vaşinqton isə tutub ki, ”yox e, birgə çalışmalıyıq”".

Səbəb nədir? E.Şahinoğlu: “Görünür, Vaşinqtonda hesab edirlər ki, Minsk Qrupu ABŞ-ın Cənubi Qafqazda varlığını təmin edən formatlardan biridir və guya bu yolla Rusiyanın bölgədəki hegemonluğunun qarşısını ala bilərlər. Azərbaycan ABŞ-la müxtəlif formatlarda - enerji, təhlükəsizlik sahələrində əməkdaşlıq edir və rəsmi Bakı bundan məmnundur. Bunlar varkən Azərbaycanın istəmədiyini zorla bizə qəbul etdirmək bu formatlardakı əməkdaşlığa mənfi təsir edə bilər ki, bu, nə Azərbaycanın, nə də ABŞ-ın maraqlarına cavab verir. Aydındır ki, Vaşinqton rəsmən Minsk Qrupunun dağıldığını elan edə bilmir, bunu uğursuzluğun etirafı kimi qiymətləndirir. Bu elana ehtiyac yoxdur, sadəcə, Minsk Qrupunu canlandırmaq təşəbbüsləri də bölgəyə yaxşı heç nə vəd etmir. Vaşinqton ermənilərin istəyi ilə Minsk Qrupunu canlandırmaq istəyindən vaz keçməsə, bu xora Paris də qoşulacaq və bu, bölgədə gərginliyi daha da artıracaq”.

Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən güclü  nümunədir” – TURAL İSMAYILOV – EtikXəbər

 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov xatırlatdı ki, ABŞ indiyə qədər Cənubi Qafqaz siyasətində böyük yanlışlıqlar edib.

 

“Nəzərə almalıyıq ki, Rusiyada nə qədər çox erməni maqnatları və diaspora varsa, ABŞ-da da güclü erməni lobbisi var. ANCA (Amerika Erməni Milli Komitəsi) ABŞ siyasətçilərini ələ alıb, öz böhtanlarına alət edib. ABŞ tarixinin ən uğursuz rəhbərlərindən olan Co Bayden isə Rusiya forpostu Ermənistana göz yumduğu halda, güclənən Türkiyə faktorundan daim narahat olub. Elə qondarma ”soyqırım" ifadəsi də Türkiyədən qorxunun nəticəsidir. Rusiya-Ukrayna müharibəsindən sonra alternativ enerji bazarlarına olan ehtiyac ABŞ-ın son dövrlər ölkəmizə daha çox maraq göstərməsi ilə nəticələnir. Həmçinin ABŞ Dövlət Departamentinin işğaldan azad edilən ərazilərdə ortaya çıxan erməni vandallığını hesabatına daxil etməsi təqdir edilən olsa da, bütövlükdə ABŞ heç vaxt birmənalı və obyektiv siyasət həyata keçırməyib".

 

İsmayılovun fikrincə, Vaşinqtonun Minsk Qrupu ilə bağlı erməni yalvarışlarını dəstəkləməsinin üç səbəbi var.

 

“Birincisi, ABŞ elə düşünür ki, Minsk Qrupu formatı Rusiyanın regionda təkbaşına hegemoniya nümayişinin qarşısını alır. İkincisi, Ermənistanı tamamilə Rusiya orbitində saxlamamaq üçün onlara tərəf guya addım atır. Üçüncüsü, Minsk Qrupu formatı ilə özünün çoxvektorlu xarici siyasətinin olmağı haqqında görüntü yaradır. Rəsmi Bakının Minsk Qrupu ilə bağlı mövqeyi artıq ifadə olunub. Azərbaycan dəfələrlə rəsmi şəkildə Minsk Qrupunun artıq ”öldüyünü" bəyan edib. Ona görə də Minsk Qrupu ilə bağlı hər bəyanata reaksiya vermək də uyğun deyil bəlkə də. ABŞ-ın riyakar siyasi xəttində hədəf həm də yenə Ermənistanda güclənən Azərbaycan-Türkiyə tandeminə qarşı istifadə cəhdidir. Vaşinqtonun məramı həm də Rusiya ilə siyasi mövzularda dialoqdan qaçmamağı haqqında mənzərə yaratmaqdır. Elə məhz bu siyasi imperializmə görə ABŞ-ın dünyada etibarlı imici yoxdur".(Yeni Müsavat)

 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi