Prezident İlham Əliyevin Özbəkistana rəsmi dövlət səfəri tarixi hadisə oldu

11:31 23-06-2022 | icon 577 | Geopolitika
Prezident İlham Əliyevin Özbəkistana rəsmi dövlət səfəri tarixi hadisə oldu

 

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin 21-22 iyunda Özbəkistana dövlət səfəri tarixi hadisə hesab olunur. Azərbaycan və Özbəkistan prezidentlərinin imzaladığı  “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında” Bəyannamə və hər iki ölkənin hökumət qurumları arasında imzalanan digər çoxsaylı sənədlərin dövlətlərin bundan sonrakı dövrdə əməkdaşlığını ciddi dərinləşdirəcəyi şübhəsizdir.

 

 

Versus.az xəbər verir ki, siyasi ekspertlər Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin imzalanma mərasimindən sonra verdiyi açıqlamalara diqqət edib. Ekspertlər hesab edir ki, bu səfəri Azərbaycan-Özbəkistan münasibətlərində, əməkdaşlıqda ciddi sıçrayışa nail olunan səfər kimi tarixi hadisə adlandıra bilərik. 

Siyasi analitiklər qeyd edir ki, imzalanan sanballı sənədlər paketi içərisində “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə” Bəyannamə ikitərəfli münasibətlərdə yeni mərhələ açır.

Politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan Prezidentinin səfərində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərinin müəyyən edildiyi hər iki dövlət başçısı tərəfindən qeyd edilib. Dövlətlərimizin qarşılıqlı fəaliyyətinin əsaslı şəkildə fəallaşdırılması barədə razılıq əldə olunub.

“Özbəkistan Prezidenti çıxışında bu məqama toxunaraq qeyd etdi ki, bundan ötrü bizim geniş imkanlarımız, hər şeydən əvvəl iqtisadiyyatlarımızın qarşılıqlı tamamlanması amili var. Prezidentlər həmçinin beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparıblar. Ən ciddi məsələlərdən biri də  hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində iki qardaş dövlətin rəhbərliyinin planlar cızdığı barədə verilən açıqlama oldu.

Azərbaycanla Özbəkistan bir sıra beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dialoq şəraitindədirlər. Birləşmiş Millətlər Təşkilatı və Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində dialoqun konstruktiv xarakteri və qarşılıqlı dəstəyin vacibliyi prezidentlər tərəfindən bir daha qeyd olundu.

Diqqəti bir məqama da cəlb etmək yerinə düşər. Həm Prezident İlham Əliyev, həm də Prezident Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana tarixi dövlət səfərinin yekunlarının həqiqətən sıçrayış xarakteri daşıdığını vurğuladılar. Bu o deməkdir ki, prezidentlər iki qardaş ölkə arasında bundan sonrakı əməkdaşlığın dərinləşməsi üçün bütün şərtləri formalaşdırıblar.

Oxu.az - Özbəkistan Prezidenti Füzulinin əlyazmalarından birini İlham  Əliyevə hədiyyə edib

Azərbaycan Prezidenti çox dəqiq ifadə etdi ki, “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında” Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.

Prezidentin dediyi kimi, bu məsələlərin icrası isə ona gətirib çıxaracaq ki, ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Çünki bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Azərbaycan-Özbəkistan əməkdaşlığı bölgədə sülhə, inkişafa xidmət edir və edəcək.

Azərbaycanla Özbəkistan arasında hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Bəllidir ki, bu sahə hər bir ölkə, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Azərbaycan dövlətinin başçısının bu məsələyə xüsusi diqqət ayırması da təsadüfi deyil. Tərəflər təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı planlaşdıracaqlar.

Azərbaycan Prezidenti imzalanmış Siyasi Bəyannaməni mahiyyət etibarilə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıran sənəd adlandırıb.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki türk dövləti arasında münasibətlərin daha irəli daşınması, əlaqələrin intensivləşməsi, daha sıx tellərlə bir-birinə bağlanması baxımından tarixi hadisə kimi yadda qaldı".

Elçin Mirzəbəyli — Vikipediya

Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana rəsmi səfəri, hər iki ölkənin liderinin qeyd etdiyi kimi, qarşılıqlı münasibətlərdə sıçrayış effekti yaradacaq səfərdir: “Həm də gözlənilən, arzulanan və hər iki qardaş xalqın sonsuz sevgisi, sevinci ilə müşayiət olunan tarixi bir səfərdir. Azərbaycanda Özbəkistanı çox sevirlər. Bəlkə də qardaş ölkədə təsəvvür edildiyindən daha çox... Hətta regional və qlobal proseslərə tamamilə əks baxış bucağından yanaşan, ölkənin, bölgənin və dünyanın gələcəyini fərqli görən insanlar da, Özbəkistana və qardaş özbək xalqına az qala eyni sevgi, eyni hörmətlə yanaşırlar. Şübhə etmirəm ki, bu, Özbəkistanda da belədir. Bütün bunlar dostluq, qardaşlıq bağlarımızın, ortaq dəyərlərimizin, mədəniyyətimizin, tariximizin köklərinin nə qədər dərində olduğunun sübutudur. Biz azərbaycanlılar pisliyi bağışlaya bilirik, amma yaxşılığı, gerçək dostluğu, qardaşlığı, səmimi, təmənnasız sevgidən doğan dəstəyi heç vaxt unutmuruq. Azərbaycan torpaqlarının işğal altında olduğu və işğaldan azad edildiyi dönəmdə özbək xalqının mərd, ləyaqətli, ağayana duruşu, kədərimizə də, sevincimizə də eyni dərəcədə şərik olması heç vaxt unudulmayacaq...

Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində iki dövlət arasında imzalanan sənədlərin əhatə etdiyi istiqamətlər də sübuta yetirir ki, ortaq qarşılıqlı münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi üçün siyasi iradə, potensial və yol xəritəsi var.

Azərbaycan və Özbəkistan qarşıdakı illərdə, müasir dövrdə mühüm əhəmiyyət kəsb edən bir sıra strateji layihələri gerçəkləşdirməyi planlaşdırırlar və hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin imkanlarından maksimum dərəcədə yararlanmağa çalışacaqlar. Həm İlham Əliyevin, həm də Şavkat Mirziyoyevin mətbuata bəyanatlarında yer alan fikirlərdən də bəlli oldu ki, nəqliyyat kommunikasiyalarının inkişafı qarşılıqlı münasibətlərdə əsas strateji istiqamətlərdən biridir.

Prezident Şavkat Mirziyoyevin öz çıxışında “biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun” sözlərini dilə gətirməsi də, şübhə etmirəm ki, İlham Əliyevin “güclü olmaq” düsturunun və ortaqlıda olan real nəticələrin qardaş ölkə tərəfindən yüksək dəyərləndirildiyinin və qarşılıqlı münasibətlərdə əsas götürüldüyünün sübutudur.

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb » Azərbaycan  Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin “bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var” deməsi isə Azərbaycan Prezidentinin subregionun gələcəyinə yönəlik strateji baxış bucağından xəbər verir və bu baxış bucağının güclülərin ittifaqı üçün əsas siyasi-ideoloji amilə çevriləcəyinə şübhə etmirəm. Çağdaş dünyanın reallıqları belədir: güclü olmasan sənə hörmət bəsləməyəcəklər. Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində yaşadıqlarımızdan çıxardığımız nəticəni xalqımız və dövlətimiz üçün əsas hədəf kimi müəyyənləşdirməyimiz bizə qalib gəlməyin yeganə yolunu öyrətdi. Çox xoşdur ki, qardaş dövlətin başçısı da məhz bu amili nəzərə alaraq, güclü olmağın zərurətindən söz açır və müasir dünyada bunun alternativinin olmadığını bildirir".

Ekspertin fikrincə, Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində əldə olunan razılaşmaların, atılan addımların, deyilən sözlərin hər biri, qarşılıqlı əməkdaşlığın təməl faktorlarına və gələcəyinə işarə etməklə yanaşı, bütövlükdə Türk Dünyasının ortaq hədəfləri üçün də mühüm əhəmiyyətə malikdir: “Prezident İlham Əliyevin nitqindən iki iqtibas gətirməklə, səfərin və imzalanan sənədlərin nə qədər mühüm əhəmiyyət daşıdığına diqqət çəkmək istəyirəm. Prezident qeyd edib ki, strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi bəyannamə çox qlobal xarakter daşıyır, bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir, orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.

Düşünürəm ki, təqdim etdiyim iqtibaslarda Azərbaycan-Özbəkistan münasibətlərinin perspektivini və bu perspektiv üçün möhkəm təməl formalaşdıran məqamları aydın şəkildə görmək mümkündür. Hədəf güclülər ittifaqıdır. Ədalətin qılıncı güclülərin əlində olanda daha kəsərli olur".(Yeni Müsavat)

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI