Dağınız skleroz – yaranması, əlaməti və MÜALİCƏSİ

20:37 23-06-2022 | icon 1054 | Sağlamlıq
Dağınız skleroz – yaranması, əlaməti və MÜALİCƏSİ

Nərminə Abbasova: “Dağınıq sklerozun müalicəsində xəstələrin reabilitasiyasına xüsusi diqqət yetirilir”

 

Dağınıq skleroz sinir sisteminin xroniki proqressivləşən xəstəliklərindəndir və daha çox gənc yaşlı insanları zədələyir. Xəstəlik autoimmun-iltihabi inkişaf mexanizminə malikdir. Onun yaranma səbəbləri hələ axıradək öyrənilməyib. Xəstəlik kifayət qədər yayılmış bir nozoloji formadır və son illərdə onun daha da artmağa meylli olması müşahidə edilməkdədir.

 

Mövzuyla bağlı Versus.Az-ın oxucularını məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA bildirdi ki, bu xəstəlik kəskin ifadə olunan simptomlarla dərhal özünü göstərmir. Onun spesifik klinik əlamətləri yoxdur. Bu da onun diaqnostikasını xeyli çətinləşdirir.

Nərminə Abbasova vurğuladı ki, müalicənin vaxtlı-vaxtında başlanması əmək qabiliyyətinin uzun müddət saxlanmasına və əlilliyin qarşısını almağa imkan verdiyindən dağınıq sklerozun ilkin təzahürlərini nəzərdən qaçırmamaq olduqca vacibdir:

 

“Dağınıq skleroz adətən 30 yaş ərəfəsində başlanır, lakin uşaqlarda da rast gəlinə bilər. Birincili - proqressivləşən forması daha çox 50 yaş ərəfəsində olan şəxslərdə rast gəlinir. Bir çox autoimmun xəstəliklər kimi, dağınıq skleroz da qadınlarda daha çox rast gəlinir və kişilərə nisbətən orta hesabla 1-2 il tez təzahür etməyə başlayır. Eyni zamanda, kişilərdə bu xəstəliyin əlverişsiz proqressivləşən gediş forması daha çox üstünlük təşkil edir. Uşaqlarda cinsiyyətə görə xəstəliyin paylanma nisbəti qızlarda 3, oğlanlarda isə 1 hal təşkil edir. 50 yaşından sonra dağınıq sklerozla xəstələnmə hallarının sayı kişilərlə qadınlar arasında təxminən bərabərləşmiş olur”.

 

Həkim qeyd etdi ki, müasir təsəvvürlərə görə, dağınıq skleroz, multifaktorial xəstəliklərə aiddir, yəni onun yaranmasında eyni zamanda bir neçə amilin müştərək rol oynaması ehtimal edilir. Ən mühüm amillər virus infeksiyası, immun sisteminin irsi meyilliyi və daimi yaşayış yerinin coğrafi xüsusiyyətləri hesab olunur:

 

 

“Dağınıq skleroz autoimmun xəstəlikdir. Autoimmun xəstəliklər zamanı orqanizm özünün bəzi toxumalarını “yad” kimi qəbul edir və onlara qarşı anticisimlərə mübarizə aparmağa başlayır. Anticisimlər miyelinə hücum edərək onu məhv edirlər, nəticədə sinir lifləri “çılpaqlaşırlar”. Bu vəziyyət artıq klinik cəhətdən başlanğıc simptomlarla təzahür edir. Bir müddət sinirlər öz funksiyalarını yerinə yetirə bilirlər, lakin nəticədə müdafiəsiz qalmış liflərin özləri də məhv olur. Əgər miyelin qişasını hələ “təmir etmək” mümkndürsə, sinir lifinin məhvi geriyə dönməz bir proses olur. Buna görə də, miyelin tamamilə məhv edilmədiyi halda sinirlərin funksiyaları qismən bərpa oluna bilir, klinik simptomlar isə gah meydana çıxa, gah da yox ola bilər. Bu proses sinir liflərinə çatdıqda isə, simptomlar artıq heç bir yerə yox olmayaraq, həmişəlik olaraq xəstəni müşayiət edir.

Miyelin qişası və sinir lifləri üzərinə hücum bütün orqanizm boyunca aparıldığı və mərkəzi sinir sisteminin müxtəlif şöbələrində sinir ötürücülərinin zədələnməsinə dair heç bir qanunauyğunluq olmadığı üçün qeyd edilən pozuntular lokalizasiyasına görə səpələnmiş olur. Məhv edilmiş strukturların yerində birləşdirici toxumadan ibarət olan çapıq yaranır. Xəstəliyin adı da buradan götürülmüşdür: “dağınıq” ifadəsi – yayılma yeri, “skleroz” isə – çapıq mənasında işlədilir. Xəstəliyin morfoloji əsasında beynin və onurğa beyinin ağ maddəsinin miyelin qişasının məhvi prosesi və onların yerində sklerotik düyünlərin meydana gəlməsi dayanır. Bu düyünlərin ölçüləri adətən, bir neçə milimetrdən bir neçə santimetrə qədərdir, lakin xəstəliyin inkişafı ilə onlar birləşərək iri düyünlərə də çevrilə bilər. Eyni xəstələrdə, xüsusi araşdırma metodlarının köməyilə müxtəlif fəallıq dərəcəli – təzə və köhnə düyünləri aşkar etmək olur”.

 

Simptomlara gəlincə, Nərminə xanım bildirdi ki, xəstəlik əsasən gənc və orta yaşda (15-40 yaş) baş verir. Onun sözlərinə görə, xəstəliyin bir xüsusiyyəti sinir sisteminin müxtəlif hissələrinin eyni zamanda zədələnməsidir ki, bu da xəstələrdə müxtəlif nevroloji simptomların meydana gəlməsinə gətirib çıxarır:

 

“Xəstəlik bütün sinir sisteminə təsir etdiyindən, onun klinik təzahürləri olduqca müxtəlifdir. Zədələnmə ocaqları sinir sisteminin müxtəlif şöbələrinə səpələnmiş olur, bu yerlərdə sinir toxuması birləşdirici toxuma ilə əvəz olunur və bu nahiyənin yerinə yetirdiyi funksiyalar itirilmiş olur. Bu səbəbdən, dağınıq sklerozun klinik təzahürlərini sinir sisteminin zədələnmiş nahiyələrinə uyğun olaraq sistemləşdirirlər.

Dağnıq sklerozun tipik simptomları ilə yanaşı atipik simptomları da mövcuddur ki, nadir halda rast gəlinmələrinə baxmayaraq, onları qətiyyən nəzərdən qaçırmaq olmaz. Adətən eyni bir xəstədə zədələnmə prosesinin səpələnmiş olması səbəbindən müxtəlif funksional sistemlərin pozulması əlamətləri müşahidə edilir.

Tipik təzahürlər sinir sisteminin ötürücü yollarının zədələnməsinin təzahürləridir. Bunlar dağınıq sklerozun “klassik” simptomlarıdır. Hərəki pozuntular isə bu simptomlar qrupuna, 85-97% hallarda baş verən, yəni demək olar ki, hər bir xəstədə müşahidə edilən piramid yolların zədələnməsinə aid edilir”.

 

 

Nərminə Abbasova bildirdi ki, dağınıq sklerozun müalicəsində xəstələrin reabilitasiyasına xüsusi diqqət yetirilir. Həkim deyir ki, müalicə kompleksinə dərman preparatlarından əlavə, hərəki pozğunluqların və fəzada koordinasiyanın tənzimlənməsi, incə hərəkətlərin məşq etdirilməsi, yaddaş funksiyasının və diqqətin cəmləşdirilməsinin bərpası, eləcə də nitqin, udma aktının və digər funksiyaların pozulmalarının aradan qaldırılması daxildir:

 

“Dağınıq skleroz xəstələrinin reabilitasiyasında bir neçə metoddan istifadə edilir. Məsələn:

Kineziterapiya incə hərəki bacarıqların bərpasına kömək edir, spazmları aradan qaldırır və hərəkətlərin koordinasiyasını bərpa edir. Kineziterapevt həmçinin xəstəyə mimik artikulyasiya gimnastikasını da öyrədir.

Mexanoterapiya xüsusi trenajorların vasitəsilə koordinasiyanın və dayanıqlığın, eləcə də oynaqlarda hərəkətliliyin erkən və ağrısız bərpası, həmçinin uzun müddətli immobilizasiya ilə bağlı ağırlaşmaların qarşısını almağa kömək edir.

Loqoped ilə məşğələlər nitq pozğunluqlarında reabilitasiya üçün çox vacibdir.

Neyroterapiya xəstədə adətən şüura tabe olmayan fizioloji funksiyaları idarə etmək qabiliyyətini formalaşdırmaqdan ibarətdir. Kompüterləşdirilmiş sistemlərin köməyilə hətta iflic vəziyyətində olan xəstələr belə kommunikasiya və hərəkət etmək şansı qazanırlar. Neyropsixoloq virtual reallıq cihazından istifadə edir ki, onun hesabına xəstənin eşitmə və məkan koordinasiyası qabiliyyəti məşq etdirilir.

Psixoterapiya ruhi qeyri-sabitliyi, nevrozları, əhval-ruhiyyənin kəskin enməsini aradan qaldırmağa yönəlmişdir. Art-terapiya kursları emosional stabilləşdirmə üçün lazımlıdır və xəstələrdə nitq qabiliyyətini bərpa etməyə kömək edir. Kliniki psixoloq, psixoterapevt xəstənin emosional fonunu tənzimləyir; ona ətrafdakılar və öz orqanizmi ilə konstruktiv dialoq qurmağı öyrədir; psixoloji travmamaların öhdəsindən gəlməyə, status-kvonu qəbul etməyə və özünün acizliyi və yararsızlığı barədə fikirlərindən xilas olmağa kömək edir.

Müalicəvi bədən tərbiyəsi (MBT) dağınıq sklerozu olan xəstənin vəziyyətini, əgər o, özünü həddən artıq yormazsa, əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Massaj qan dövranını yaxşılaşdırmaq üçün lazımdır və motor bacarıqlarını inkişaf etdirmək, bədənin həssaslığını oyatmaq və əzələ tonusunu bərpa etmək məqsədilə həyata keçirilir.

Erqototerapiya dağınıq sklerozun müalicəsində sosial uyğunlaşma məqsədi daşıyır. Bu metodun məqsədi xəstəyə tez bir zamanda fəal həyat tərzinə və özünəxidmətə qayıtmağa kömək etməkdir”.

 

Nərminə xanım qeyd etdi ki, dağınıq sklerozun müalicəsinin effektivliyi müxtəlif amillərdən asılıdır: xəstəliyin forması, müalicənin başlanma vaxtından, funksional pozğunluqların ağırlıq dərəcəsindən, xəstənin psixoloji xüsusiyyətlərindən, onu əhatə edən mühitdən və bir çox digər səbəblərdən:

 

“Reabilitasiya əlbəttə ki, bahalı müalicə üsuludur, lakin bu üsul xəstənin özünü yenidən cəmiyyətin tamhüquqlu bir üzvü kimi hiss edə bilməsi üçün çox vacibdir. Bunu həm xəstənin özünün, həm də onun köməyinə ehtiyacı olduğu yaxınlarının yadda saxlamağı lazımdır. Eyni zamanda, dağınıq sklerozun müalicəsində qidalanma da xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatçılar DS və qidalanma xüsusiyyətləri arasında bir əlaqənin olmasına diqqət yetiriblər. Xəstəlik daha çox ət istehlak etdikdə meydana çıxır, tərəvəz və balıq yeməklərinin qida rasionuna daxil edilməsi isə profilaktik təsir göstərir.

Alimlər bu faktı ətin, qaymağın, yumurta sarısı və ya kərə yağının tərkibində xüsusi maddənin – araxidon turşusunun olması ilə izah edirlər. DS xəstələri üçün düzgün qidalanmanın məqsədi orqanizmdə araxidon turşusunun səviyyəsini azaltmaqdır. Yemək kifayət qədər olmalı, ancaq çox yüksək kalorili deyil, yalnız normal çəki verməyə imkan yaratmalıdır. Sənaye istehsalı olan ağır yağların və heyvani mənşəli yağların istehlakını kəskin şəkildə azaltmaq lazımdır. Şokoladda, süd yeməklərində və şirniyyatda olan “gizli” yağlara da xüsusi diqqət yetirmək lazımdır”.

 

Həkim terapevt bildirdi ki, dağınıq skleroz xəstələrinin ömrünün uzunluğuna bir çox amillər təsir edir:

xəstəliyin başlanğıcında həmin şəxsin yaşı;

diaqnozun vaxtında qoyulması;

xəstəliyin gediş növü;

xəstənin profilaktik müalicə alması;

DS-un ağırlaşmalarının (yataq yaraları; sidik yollarının, ağciyərlərin və s. infeksiyaları) inkişafı;

yanaşı xəstəliklərin olması:

 

“Dağınıq sklerozlu xəstələrin həyat müddətinə vaxtında diaqnozun qoyulması bir çox digər xəstəliklərdən daha çox təsir göstərir. Çox halda bu xəstəliyin ilk simptomları xəstə tərəfindən nəzərə çarpmaya bilər və o, tibbi yardım üçün həkimə müraciət etmir. Bu səbəbdən xəstə aktual müalicə almır. Əgər xəstəliyin lap əvvəlində müalicəyə başlanarsa, bu, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırar, bir çox hallarda xəstəliyin inkişafını dayandırar, əlilliyin qarşısını alar və həyat müddətini uzadar”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova hər kəsi müayinə və müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür