Üç avtomobil toqquşdu: Yaralı sayı 20-ni ÖTDÜ
Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzasında yaralı sayı 20-yə çatıb.
Versus.Az xəbər verir ki, Cəlilabad rayon mərkəzi xəstəxanasına 6, Masallı rayon mərkəzi xəstəxanasına isə 14 yaralı gətirilib.
Yaralılara ilkin tibbi yardım göstərilir.
Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir. /report/
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”