Rusiya Qərbə Bakıdan zərbə endirmək istəyir?
"Lavrovun Bakı turnesinin əsas məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi ilə bağlı məsələlərə təkan verməkdir".
Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O bildirib ki, Lavrovun Bakı səfərində Rusiyanın Ukrayna məsələsi ilə bağlı Azərbaycandan yardım ummaq məqsədi yoxdur:
"Söz yox ki, əsas müzakirə predmeti sərhədlərin delimitasiyası ilə bağlı olacaq. Çünki Rusiya tərəfi son vaxtlar bu istiqamətdə fəal vasitəçilik missiyası həyata keçirmək niyyətini açıq şəkildə nümayiş etdirir. Çünki son vaxtlar Avropa İttifaqının bu istiqamətdə fəallaşması müşahidə olunmaqdadır. Rəsmi Moskva isə sülh prosessinin onun nəzarətindən kənar həyata keçirilməsini özü üçün arzuolunmaz hesab edir. Ona görə də, bu məsələyə xüsusilə həssas yanaşılır.
Məlum olduğu kimi, sərhəd komissiyalarının növbəti iclası Moskvada həyata keçiriləcək. Rusiya tərəfi həmin iclasda öz arxivində olan kartoqrafik məlumatları təqdim edəcəyini bəyan edib. Bunun özü müsbət mesajdır. Çünki sovet xəritələrində əks olunan məlumatlar bizim maraqlarımıza tam cavab verir. Üstəlik, Rusiyanın fəal vasitəçilik mövqeyindən çıxış etməsi bizim üçün həm də ona görə vacibdir ki, bu ölkənin Ermənistan üzərində çox böyük təsir imkanları var. Yəni Rusiyanın prosesdə iştirakı Ermənistanın təxribat xarakterli manevr cəhdlərini əhəmiyyətli dərəcədə azaldacaq.
Düşünmürəm ki, Rusiyanın hazırda Ukrayna məsələsi ilə bağlı Azərbaycandan yardım ummaq niyyəti olsun. Çünki rəsmi Bakının bu barədə mövqeyi aydındır. Biz heç vaxt bu münaqişənin tərəfi olmayacağıq. Həm Ukrayna, həm də Rusiya bizim strateji partnyorlarımızdır. Rəsmi Bakı müharibənin ən qısa zamanda dayandırılmasının və iki dövlət arasında sülh körpülərinin qurulmasında maraqlıdır. Azərbaycan bunun reallaşması üçün özünün vasitəçilik imkanlarını ortaya qoya bilər".
Versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...