“Rusiyanın özündə belə sepataizm, ekspremizm meylləri günü-gündən artmaqdadır"

18:01 24-06-2022 | icon 404 | Geopolitika
“Rusiyanın özündə belə sepataizm, ekspremizm meylləri günü-gündən artmaqdadır"

 

 

 

İyunun 24 -də Rusiya Federasiyanın xarici işlər naziri Serqey Lavrovun Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.  Azərbaycan-Rusiya arasında imzalanan saziş, Qarabağ separatçılarında hansı təşvişi yarada bilər? Azərbaycan Rusiya ilə bağlanan yeni sazişlə terrorçuluğa qarşı mübarizəni nə dərəcədə gücləndirir. Və Rusiyanı hansı öhtəliklər qarşısnda qoyur.

 

 

Versus.az xəbər verir ki, politoloq Samir Hümbətov şərhində bildirib ki, MDB məkanında həm Rusiyadakı bəzi dairələrin, həm də erməni yönümlü siyasətçilərin, qrupların, media orqanlarının antiAzərbaycan siyasəti davam etdirilir.  Politoloq  Qarabağla bağlı məsələdə Rusiyadakı bəzi dairələrin daha çox vəziyyəti şişirtməyə, bəzən də Azərbaycanın mövqeyinə uyğun olmayan məsələləri qabartmağa çalışdığı faktdır.

 

Bu nöqteyi-nəzərdən politoloq böyük ehtimalla sazişdən sonra bu məsələnin öz həllini tapacağına ümidlə yanaşıb.

 

 

“Məlumdur ki, bir çox hallarda Rusiya mətbuatında Qarabağı "Naqornıy Karabax" adlandırır, hətta "resbublika” kimi də təqdim edirlər.  Düşünürəm ki, sazişdən sonra bu məsələyə də baxılacaq. Belə hallar əlbətə ki, Azərbaycanın maraqlarına xidmət etmir”.

 

S.HÜmbətov hesab edir ki, Azərbaycanla bel bir sazişin imzalanması Rusiya üçün də vacibdir, maraqlıdır. Onun fikrincə, Rusiya -Ukrayna fonunda Rusiyaya  qarşı tətbiq edilən sanksiyalar və Qərbin informasiya savaşında Rusiyanın çətin vəziyyətə salıdığı dövrdə Rusiyanın Azərbaycanla informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi imzalaması, həm də özünün təhlükəsizliyini təmin edilməsi, eyni zamanda Qarabağ məsələsi üzərindən oynalınan oyunların Azərbaycana uyğun gəlməyən hissəsində  təhlükəsizliyi məsələsinə önəmin verilməsini qabarda bilər.

 

“Rusiyanın özündə belə sepataizm, ekspremizm meylləri günü-gündən artmaqdadır.  Azərbaycana qarşı antiAzərbaycan fikirlər səslənməkdədir. Düşünürəm ki, bütün bunları nəzərə alsaq, bu müqavilənin imzalanması müəyyən mənada Azərbaycan-Rusiya əlaqələrində hansısa formada bir düzəliş edilməsinə imkan verə bilər.  Erməni lobbisi bütün gücü ilə çalışır ki, Azərbaycana qarşı informasiya savaşında hansısa bir uğur əldə etsin”.

 

 

Digər tərəfdən politoloq indiki vəziyyətədə Rusiyanın bu müqaviləni imzalayıb onun əksinə hərəkət edəcəyini az güman etdi. Onun sözlərinə görə, əgər edərsə, bu həmin müqavilənin qüvvədən düşüdüyünü göstər bilər.

 

 

“ İmzalanmış bu saziş tərəflər arasında ikitərəfli qarşılıqlı əlaqələrin, həm də regional məsələlərin həllində, informasiya məkanında bəzi məsələlərlə bağlı tərəflərin maraqlarına xidmət eliyən mövzulara diqqət  yetiriəcək. Nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanda  Ukraynanı dəstəkləyən tərəfdarları var və bu Rusiya üçün narahatedici haldır.  Həm də müqavilənin içərisində buna da nail olmaq istəyəcək. İstərdik ki,  Ermənistanla  Azərbaycan arasında münasibəətlərin stabilləşməsinə qədər olan dövrdə müqavilənin gücü olsun və erməni diasporasının tsirlərindən yayınmaq üçün müqavilənin şərtlərindən yararlana bilək. Əlbəttə ki, Ermənistan narahat olacaq və bütün vasitələrlə oyunlar qurmaqda davam edəcəkdir”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür