Bu sazişin əhəmiyyəti nədir?

18:10 24-06-2022 | icon 376 | Geopolitika
Bu sazişin əhəmiyyəti nədir?

 

 

 

İyunun 24 -də Rusiya Federasiyanın xarici işlər naziri Serqey Lavrovun Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.  Bu sazişin əhəmiyyəti nədir?

 

 

Versus.az xəbər verir ki, siyasi şərhçi Aytən Qurbanova bildirib ki, Rusiya Federasiyası erməni lobbisinin maraqlarının təmin edilməsinə xidmət edən müəyyən qrupların media korporasiyalarında ən çox təmsil olunduğu ölkələrdən biri, hətta birincisidir. Onun fikrincə, istər birinci Qarabağ müharibəsindən sonra 30 ilə qədər davam edən danışıqlar prosesi, istər 44 günlük Vətən müharibəsi və istərsə də, post-müharibə dövründə ölkəmiz əleyhinə paylaşılan qərəzli və reallıqdan uzaq yalan məlumatlar fonunda bunu aydın şəkildə müşahidə etmək imkanımız olub.

 

“Bu nöqteyi-nəzərdən yanaşdıqda, informasiya təhlükəsizliyi ilə bağlı iki dövlət arasında imzalanmış saziş gələcək perspektivdə informasiya məkanında qarşılıqlı maraqlara əsaslanaraq yarana biləcək təhdidlərin operativ şəkildə aradan qaldırılması üçün kifayət qədər geniş təsir imkanlarına sahib hüquqi baza olacaqdır. Ancaq təbii ki, ilk növbədə bu sazişin müddəalarının istisnasız şəkildə tətbiq edilməsinin təmin olunması üçün güclü nəzarət mexanizmi formalaşdırılmalıdır. Ümumilikdə isə bu saziş erməni propaqanda maşının rus media resursları vasitəsilə anti-Azərbaycan çıxışlarının yaxın və uzaq perspektivdə qarşısının tamamilə alınması üçün Azərbaycanın maraqlarının təmsil olunacağı yeni platformaların daha çox təşviq edilməsi ilə bağlı gözləntiləri də özündə ehtiva edir”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…