"Azərbaycan Minsk Qrupunun üzərinə düşən işləri özü görüb"

21:22 26-06-2022 | icon 481 | Siyasət
"Azərbaycan Minsk Qrupunun üzərinə düşən işləri özü görüb"

 

 

Qərb diplomatları ATƏT-in Minsk Qrupunu diriltməyə cəhd edir. Xəbər verildiyi kimi, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid İrəvanda olanda deyib ki, ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətləri kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır.

 

Donfrid ABŞ -ın Minsk Qrupunun həmsədrliyi prosesini dəstəklədiyini deyib. O, bildirib ki, bu, xüsusilə Dağlıq Qarabağ məsələsində çox vacib formatdır.

 

Hazırda ABŞ-Rusiya münasibətləri ən kritik dövrünü yaşadığı haldayır. Bəs Vaşinqton rəsmilərinin bu qəbildən bəyanatları hansı məqsədi güdür?

 

Versus.az xəbər ki, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, ATƏT-in Minsk Qrupu ölkələrində ən böyük erməni diapsoralarının yerləşməsi bu qurumun 30 ilə yaxın müddətdə öz fəaliyyətndə heç nəyə nail olmamağının səbəblərindən biridir. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun məqsədi bu münaqişəni dondurub uzun illər davam etdirmək niyyətini güdüb. ATƏT-in Minsk Qrupu bir növ “buz dolabı” kimi fəaliyyət göstərib. 

 

 

“Çünki münaqişənin həlli   beynlxalq hüquq çərçivəsində Ermənistanın maraqlarına uyğun deyil. Bu minivalla münaqişə hələ uzun illər belə qalacaqdı, BMT-nin qətnamələri icra olunmayacaqdı”.

 

A.Mollazadə ABŞ rəsmisinin iddiasına cavab olaraq bildirib ki, artıq münaqişə bitib və BMT-nin də qətnamələri özü icra edib.

 

Onun sözlərinə görə, Azərbaycan Minsk Qrupunun üzərinə düşən işləri özü görüb. 

 

“Avroa Birliyi bölgədə normal ölkədə sülh, əməkdaşlıq mühiti yaratmaq üçün addımlar atır. Rusiyanın üzərində üçtərəfli bəyannamədə olan məsələlərlə bağlı öhtəliklər var”.

Deputat hesab edir ki, regionda problemin həlli artıq kommunikasiyaların açılması, delimitasiya, demorkasiya prosesindən ibarət olmalıdır.  

“Bu gün “Minsk Qrupu” adlanan həmsədrlər instituna ehtiyac yoxdur. Lakin beynəlxalq təşkilatlar, ATƏT özlüyündə hansısa münaqişənin həllində üçtrəfli bəyannamədə mövcud olan Ermənistanın öhtəliklərin icrası istiqamətində dəsətək göstərə bilərsə buyursun. Artıq Minsk Qrupu bu gün həmin ölkələrdə yerləşən erməni diasporasının aid olan bir qurumdur. 

 

“Hazırda ABŞ-la Rusiya arasında münasibətlər çox kəskindir.  Hətta erməni diasporları buna göz yumaraq Minsk Qrupunun reanimasiyasından danışır.

“Reallıqla hesablaşmaq lazımdır. Bu münaqişənin həlli birbaşa Ermənistan-Azərbaycan danışıqları ilə həll oluna bilər. Avropa Birliyi bu prosesdə vasitəçilik edə bilər. Burda Azərbaycanın məqsədi bölgəni əməkdaşlıq bölgəsinə çevirmək, bölgəyə sülh gətirməkdir ki, tezliklə sülhə nail olacağıq”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin