"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

21:49 26-06-2022 | icon 872 | Gündəm
"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

 

 Bu gün Azərbaycan Silahlı Qüvvələri günüdür.

 

104 yaşlı Ordumuzun 44 günlük müharibədə tarixi uğur qazanması yeni hərb  mərhələsinin başlanğıcı kimi qeyd olunur. Bu gün Azərbaycan Ordusunun öz tarixi missiyasını uğurla reallaşdırması və ölkəmizin ərazi bütövlüyünü təmin etməsi ilə bağlı aparılan müzakirələrdə ekspertlərin mülahizələri birmənalı olaraq bir həqiqətin üzərində dayanır: Torpaqlar uğrunda canından keçən Şəhidlərin, qazilərin döyüş yolu gələcək nəsillər üçün bir  nümunə, örnəkdir. 

 

44 günlük müharibə Azərbaycan Ordusunun hansı keyfiyyətini ortaya qoydu və dünyaya hansı mesajını verdi?

 

 

Versus.az xəbər verir ki, hərbi ekspert Elxan Şıxəliyev açıqlamasında bildirib ki, Azərbaycan Silahlı qüvvələri müstəqillik dövründən sonrakı mərhələdə iki müharibə və 2 lokal konflikt yaşayıb.

 

Ekspertin fikrincə, 2016-cı il aprel döyüşlərində işğaldan azad olunan strateji ərazi, yüksəklik və mövqelər, ardınca  2018-ci ildə Naxçıvanda “Günnüt” zəfəri, ən sonda isə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi.

 

“"Günnüt" əməliyyatı, 44 günlük müharibəmizin nəticələrinə görə Azərbaycan silahlı qüvvələrində xidmət etmiş, döyüş əməliyyatlarnda 12 min yarımdan çox, II Qarabağ müharibəsində 3000-ə yaxın şəhidimiz oldu. İstər aprel döyüşlərində, “Günnüt” əməliyyatlarında, eləcə də atəşkəs dövrünün özündə də yaralanmış və  düşmən tərəfindən açılan atəşlə vətəndaşlarımız da şəhid oldu. Müstəqillik əldə etdiyimiz ərəfədən bu günə qədər Şəhidlik cəmiyyətimizin qədəri oldu. Bu günə qədər də cəbhə bölgəsində atəşkəsin pozulması ilə bu baş verir.  Allah şəhidlərimizə rəhmət elsin. Allah ailələrinə səbr versin.  Eyni zamanda birinci Qarabağ müharibəsi və 44 günlük müharibədə yaralılar, əlillər ordusu yarandı. Qazi və əlillərimizin cəmiyyətə adaptasiyası baxımından ehtiyat ordu halına gəlirik. Ordu atributu kimi döyüş təcrübəsi olan ehtiyatda olan zabitlərin olması çox vacibdir. Bu, mənada gələcək hərb prosesində Qazilik İnstitumuz çox önəmli olacaq”.

 

 

E.Şıxəliyev  bildirib ki, Azərbaycan silahlı qüvvələrində Şəhidlik Simvolunu ən yüksək pilləyə qaldıran məqam  2010-cu ildə Mübariz İbrahimovun şəhadəti idi.  Ekspert hesab edir ki, o zaman nəşi düşmən tərəfdə qalan Mübariz İbrahimovunun Ali Baş Komandan tərəfindən geri götürülməsi əmri və sonradan ona Milli Qəhrəman statusunun verilməsi Orduda yeni bir sinerji yaratdı.

 

“Azərbayan əsgərində, gəncliyində Mübariz İbrahimova bənzəmə nümunəsi yarandı. Xüsusən də o dövrdə silahlı qüvvələrdə xidmət edən bütün əsgərlər Mübariz İbrahimova bənzəmək istəyirdilər, hələ hərbidən kənarda böyüyən gəncliyimizi demirəm. Təbii ki, həmin o sinerji I Qarabağ müharibəsindən sonrakı şəhidlik snerjisi, qazilirəmizn gəncliyimizə ötürdüyü mesajalar, Mübariz İbrahimovin Şəhidlik zirvəsinə qalxması, aprel hadisələri cəmiyyətimizə elə sirayət elədi ki, O hazır bir orduya çevrilmişdi. Xalqımız “ya ölməliyik, ya da torpaqlarımızı işğaldan azad eləməliyik” deyirdi. Təbii ki, rəhmətlik general Polad Həşimovun  vəfatından sonra bu snerji real gücə çevrildi. Ali Baş Komandana belə bir mesaj ötürüldü ki, gənclik olaraq, xalq olaraq döyüşə hazırdır və istənilən an ərazilərin işğalan azad olunmasına görə silaha sarıla bilər. Bu sinerji sonradan dalğaya, Dəmir Yumruğa çevrildi ki, o da 2020 -ciil sentyabrın 27-də ermənilərin başına endi. Dediyimiz Şəhidlik, qazilik institunun  snerjiyə, 21-ci əsrin ordusuna çevrilməsi nəticəsidə Ermənistan ordusu 44 günlük mühaibədə çökdürüldü və torpqlarımız azad olundu”.

 

 

E.Şıxəliyev bildirib ki, əslində digər ölkələrdə müharibənin 44 gün ərzində bitməsi mümükün deyil. Ekspert bu mənada 44 günlük müharibənin əsas kompanentlərini qeyd edərək bunu bir neçə yerə bölüb.

 

“Birinci Ali Baş Komandanın sərkərdəlik vizionu -, ordunu yaratmaq, müharibəni planlamaq, müharibəni aparmaq vizionu, ikinci, bütün silahlı qüvvələrimizin, güc strukturlarımzın döyüş hazırlığı, qarşııqlı koordinasiyada, müharibədə fəaliyyəti , üçüncü xalqımızın müharibədə orduya verdiyi dəstəyin hazırlanması, dördüncü dostlarımızın bizə verdiyi mənəvi-siyasi dəstək. Bu 4 ayaq  üzərində dayanan Azərbaycan silahlı Qüvvələri 44 gün ərzində müharibələr tarixində görünməyən bir hərb taktikası  ortaya qoydu”.

 

Hərbi ekspert qeyd edib ki, dünyanın beyin mərkəzləri 44 günlük müharibəni  21-ci əsrin müharibəsi adlandırdı. Onun sözlərinə görə, bütün regionlarda müharibələr baş verib. Amma bizim müharibənin içərisində iki əsas element onu başqalarından fərqləndirdi.

 

“Birincisi, 4 -cü 5-ci nəsl  texnologiyalarla dəstəklənən pilotsuz uçuş aparatlarının kütləvi istifadəsi silahlı qüvvələrin apardığ müharibələr arealında 1-ci dəfə idi tətbiq edilirdi. Xüsusə də Müdafiə Nazirliyinin,  Sərhəd Qoşunlarında olan kmikadze dronarının silahlandırılması, pilotsuz uçuş aparatları Arazdan Murova qədər koordinasiyalı şəklində hədəflərin məhvinə yönəltmək baxımından çox texnoloji bir prosesdir. Əslində bizim müharibəni qiymətləndirən beyin mərkəzləri bunu necə bacardığımızı açmağa çalışırlar.  Düşünürlər ki, 30 il müddətində uzun işğal yol keçən ordu bu hala necə gələ bilər? Çünki 200-300 illik dövlət təcrübəsi olan ordularda pilorsuz uçuş aparatlarının kütləvi silahlanmaya daxil olması və istifadəsini mümkün edə bilmirlər. Bu birinci element idi.

İkinci element bizim Xüsusi Təyinatlı qüvvələrimizin Şuşa əməliyyatını necə həyata keçirməsi idi. Şuşanın azad olunması Xüsusi təyinatlıların hazırlanmasında və əməliyyatlar teatrında  bir nümunə olacaq. Hazırda ekspertlər böyük bir zirvədə yerləşən, 2000-ə yaxın erməni tərəfdən müdafiə olunan, yollarının hər tərəfdən bağlı olduğu şəraitdə, qayalardan qalxıb şəhəri azad etməyin necə mümkün olması taktikasını analiz edirlər. Hərbi praktiki nəzəriyyədə taktiki və strateji əməliyyatları həyata keçirən bölmələrin əməliyyat öncəsi artilleriya, helikopter, raket qüvvələrinin atəş ilə basqı altına alırlar ki, xüsusi təyinatlılar rahat hərəkət etsinlər. Bu, Şuşa əməliyyatnda baş vermədi. Bizim xüsusi təyinatlılar 90 dərəcəlik qayalıqlara əliyalın dırmaşanda heç bir artilleriya, raket və hava hücumunun zərbələri ilə müşayət olunmadılar. Çünki Ali Baş Komanandanın əsas istəkərindən biri o idi ki, Şuşaya biz tərəfdən bir dənə də mərmi düşməsin. Çünki orda bizim mənəvi  dəyərlərimiz var”.

Hərbi ekspert bildirib ki, hərbi beyin mərkəzləri analiz edirlər ki, Azərbaycan ordusunu bu arealda belə bir əməliyyatı yerinə yetirməyə təşviq eliyən motivasiya nədir. Çünki heç bir elitar Xüsusi təyinatlılara malik olan ABŞ, İngiltərə, Faransa kimi  dövlətlər belə bu əməliyyatı hərbi tapşırıq olaraq yerinə yetirməzdilər.

 

“Şuşa əməliyyatını hərəkətə gətirən müxanizm -Şəhidlərin ruhuna ithaf olunan bir əməliyyat idi.  Xüsusən də ermənilər bu əməliyyatların nəticəsi olaraq qeyd edirdilər ki,  xəstəxanalara düşən erməni yaralıları  çoxu bıçaq xəsarətləri almışdılar. Bu da o dmək idi ki, xüsusi təyinatlılar ermənilərə 1-2 metr yaxınlşana qədər heç kəsin onlardan xəbəri olmayıb. Ona görə də silahlı qüvvələrimizin Şuşa əməliyyatı Azərbaycan hərb elmini yeni bir mərhələyə çıxartmış oldu”. 

 

E.Şıxəliyev hesab edir ki, Quru qoşunlarnın, Hərbi hava qüvələrinin, Sərhəd qoşunlarının tərkibində olan pilotsuz uçuş aparatlarınn istifadəsini planlayan və onları idarə edən bölmələrlə bərabər bu iki itiqamət Azərbaycan hərb elmini artıq dünya hərb akademiyalarının müzakirə mövzusuna çevirdi.

 

“Bunun arxasında isə Azərbaycan əsgəri, zabiti, giziri durdu  və ölməkdən, qazi, əlil olmaqdan çəkinməyərək 30 il müddətində dünyada prisidenti olmayan 4-5 müdafiə həddini keçərək irəliyə getdilər. Bu, Ermənistan silahlı qüvvələrinin müharibənin başladığı təmas xəttindəki bədnam müdafiə hədləri idi. Düşünürdülər ki, Azərbaycan silahlı qüvvələri həmin o bədnam Ohonyan həddini keçə bilməzlər. Müharibə göstərdi ki, ordumuz müstəqillik dövründə, qısa bir müddətdə xüsusən ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən ibarət intibah dövrü keçdi. Ümummilli lider, atıcı silahın lüləsinə bir mərmi tapıb qoymayan bir ordunu qəbul etdi və onu təhvil verəndə artıq Azərbaycanda ordumuzun bütün bel sütunu, təşkilatları, hərbi təhsil sistemi, maddi-texniki bazası yaradılmış bir ordu idi. Əslində cənab prezident İlham Əliyev estafeti uğurla qəbul etdi və ulu öndər bu ordu ilə  bərabər öz arzularını da varisinə ötürdü.  Bu o arzu idi ki, torpaqlar azad edilməlidir...

Biz ona şahdlik etdik ki, torpaqlarımız azad ediləndə cənab Prezident ümummilli liderin məzarına getdi və orda məruzə elədi ki, Ata sizin arzularınıız, istəyinizi yerinə yetirdim. Bu, “sərkərdələr xalqların taleləridir” anlamına çox uyğundur. Xalqımız müstəqilliyin bütün mərhələrədə sərkərdələrin taleyimizə çevrilməsi baxımdan şanslı oldu.  Çünki əgər ali baş komandanların ordu yaratma vizionu olmasa orduları yaratmaq mümkün olmaz. Və nəticədə bizim kimi 30 illik problemi həll etmək mümükün olmazdı”.

 

 

E.Şıxəliyev bu bayram günündə ordunun yaradılmasnda əməyi keçən hər kəsin bayramını təbirk edib.

 

“Orduda xidmət edənləri təbrik edirəm. Şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfqət, Şəhid ailələrinə səbr diləyirəm”.

 

Hərbi ekspert hesab edir ki, müharibədən sonra başqa bir gənclik yetişəck. Onun sözlərinə görə,  mühribədən 1 il 6 ay keçməsinə baxmayaraq artıq idman arenalarında 4-5 komanda tərkibində idman yarışlarında iştirak edən gənclərimiz Avropa çempionları olub. Güləşçi idmançılarımız Mübariz İbrahimovun doğum gününə təsadüf edən yarışda 3 erməni ilə döyüşüb qalib gəldilər. Artıq yetişən gənclik bütün fəaliyyətini, təhsilini Şəhidlərin torpaq uğrunda necə vuruşub qalib olması fonunda qurur və onlar kimi mübariz, qorxmaz olmağa çalışırlar. 44 günlük müharibədən sonra Gəncliyimiz tamam fərqli yetişir.”

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol