Meymunçiçəyi cinsi yolla keçir?

07:52 27-06-2022 | icon 668 | Sağlamlıq
Meymunçiçəyi cinsi yolla keçir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi meymunçiçəyi xəstəliyinin risk səviyyəsini müəyyən etmək üçün ilk iclasını keçirib.

 
 
Təşkilatın yaxın günlərdə virusla bağlı məlumat verəcəyi bildirilib. İyunun 9-dək ABŞ-ın 15 ştatında aşkar edilmiş 45 hadisəni araşdıran Amerika Tibb Assosiasiyasının araşdırmasının nəticələri də JAMA jurnalında dərc olunub.
 
 
Nəticələrə görə, meymunçiçəyi virusu cinsi yolla ötürülüb. Nigeriyada qeydə alınan yüzlərlə meymunçiçəyi yoluxması araşdırılıb və bununla bağlı açıqlanan hesabatda xəstəliyin kişilərin cinsiyyət orqanlarında yaralar şəklində meydana çıxdığının aşkar edildiyi qeyd edilib.
 
 
Virusun cinsi əlaqə yolu ilə insandan insana keçə biləcəyinə diqqət çəkən araşdırmada xəstəliyə nəzarət edilməsi üçün xaricdən görünən yaraların yoxlanmasından əlavə, eyni zamanda cinsiyyət orqanlarının və cinsi sağlamlıq müayinələrinin də əhəmiyyəti vurğulanıb./oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...