ÜST-ün yeni AÇIQLAMASI

09:43 28-06-2022 | icon 586 | Sağlamlıq
ÜST-ün yeni AÇIQLAMASI

Neçə ölkədə meymunçiçəyi yayılıb?

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ilin əvvəlindən 50 ölkədə meymunçiçəyi infeksiyasına 3413 yoluxma və bir ölüm hadisəsini təsdiqləyib.

 

Meymunçiçəyinə yoluxma ən çox (86%) Avropa regionunda rast gəlinir. Onu Amerika materiki (11%), Afrika (2%), Şərqi Aralıq dənizi (1%-dən az) və Asiya-Sakit okean bölgəsi (1%-dən az) izləyir. Ölkələrdə ən çox meymunçiçəyi 793 nəfərin yoluxduğu Böyük Britaniyada, həmçinin Almaniyada (521), İspaniyada (520), Portuqaliyada (317), Fransada (277), Niderlandda (167) və ABŞ-da (142) qeydə alınıb. Qalan 43 dövlət və ərazidə yoluxma hallarının sayı 100-ü keçmir. İndiyədək yeganə ölümcül nəticə Nigeriyada qeydə alınıb.

 

ÜST epidemioloji vəziyyəti diqqətlə izləyir. Meymunçiçəyinin endemik olmadığı ölkələrdə yoluxma əsasən son günlərdə “yeni və ya çoxsaylı partnyorlarla” intim münasibətdə olan kişilərdə aşkar edilir.

 

ÜST xəstəliyin qlobal miqyasda yayılma riskini orta səviyyədə hesab edir. Meymunçiçəyi üzrə komitə iyunun 23-də Cenevrədə keçirilən iclasında belə nəticəyə gəlib ki, epidemiya hazırda beynəlxalq narahatlıq doğuran fövqəladə hal deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı