"Oyunbazlıq da bir yerə qədər idi"

10:02 28-06-2022 | icon 435 | Siyasət
"Oyunbazlıq da bir yerə qədər idi"

Nizami Verdiyev: "Hər il 907-ci düzəliş bir il müddətinə dayandırılır"

 

ABŞ prezidenti Co Bayden Azərbaycana qarşı 907-ci düzəlişin hüquqi qüvvəsini növbəti dəfə bloklayıb. Beləlilklə, ABŞ-ın Azərbaycana yönəlik hərbi dəstəyi və silah satışı qarşısında daha bir il ərzində hər hansı əngəl olmayacaq. 2002-ci ildən bütün ABŞ prezidentləri 907-ci düzəlişə münasibətdə eyni ənənəni təkrarlayırlar.

 

Hansı məqsədlə ABŞ Konqresi 907-ci düzəlişi birdəfəlik ləğv etmir?

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev açıqlamasında bildirib ki, ABŞ Azərbaycanın da yerləşdiyi bölgəyə hər zaman demokratiya, insan haqları şüarları ilə girməyə cəhd edib.

 

ALDP Rəyasət Heyətinin katibi Nizami Verdiyev

 

Onun sözlərinə görə, ABŞ illərlə bu dəyərləri sözdə istismar edərək burada möhkəmləndi:

 

"Amma bu cür maskalanmaq, oyunbazlıq da bir yerə qədər idi. Fakt budur ki, ABŞ nə verdiyi vədləri yerinə yetirdi, nə də bölgənin demokratikləşməsində maraqlı oldu. Sadəcə, keçici maraqlar naminə parıltılı şüarlar, vədlər verdi”.

 

N.Verdiyev vurğulayıb ki, ALDP dəfələrlə seçkilərdə iştirak edib və partiya üzvlərinin hüquqları pozulanda onları müdafiə etmədilər, bəyanat vermədilər:

 

"Amma özlərinin yaratdığı ”Beşinci kolon" nümayəndələrinin atdığı qeyri-qanuni addımların belə dərhal müdafiəsinə qalxırlar. Budurmu bunların demokratiyası? ”Mus-mus" deməkdənsə, birbaşa Mustafa demək lazımdır”.

 

N.Verdiyev qeyd edib ki, hər il 907-ci düzəliş bir il müddətinə dayandırılır:

 

"ABŞ 907-ci düzəlişi niyə qəbul etmişdi və niyə bu günə qədər ləğv etməyib? Olmaz ki, bu düzəliş birdəfəlik ləğv olunsun? Bəlkə bunu Azərbaycana təzyiq etmək üçün saxlayıblar? Əgər belə deyilsə, onda Kongres bu düzəlişi ləğv edib, Azərbaycanla normal münasibət qursun, daha ikilistandart siyasəti aparmasınlar”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI