Tanınmış ginekoloq intihar edib?

15:53 28-06-2022 | icon 630 | Hadisə
Tanınmış ginekoloq intihar edib?

 

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. Məlumata görə, ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.

 

 

Versus.az xəbər verir ki, Bizim.Media hadisənin təfərrüatları ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Xalidə Kəngərli Kəpəz Hospitalı fəaliyyətə başlayandan orada çalışırdı.

 

Həkim yoldaşlarının verdiyi məlumata görə, Xalidə Kəngərli çox pozitiv, həyat dolu və pasiyentləri ilə mehriban münasibətdə olan həkim kimi tanınıb. İki azyaşlı övladı var. Ginekoloqu tanıyanlar onun intihar etdiyinə heç cür inana bilmədiklərini dilə gətiriblər.

 

Hadisə şahidi Əli Sərdaroğlu açıqlamasında olayı öz gözləri ilə gördüyünü bildirib:

“Mən həkimin yaşadığı binanın yanında işləyirəm. Pəncərədə siqaret çəkirdim. Kölgə kimi yerə düşən bir şey gördüm. İntihar idi, yoxsa nə idi bilmirəm. Amma ətrafda hamı deyir ki, yoldaşı ilə aralarında mübahisə yarandığı üçün intihar edib”.

 

Qeyd edək ki, tanınmış həkimin ölüm səbəbi rəsmən açıqlanmayıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...