Metakainat üçün smartfon

10:22 29-06-2022 | icon 380 | Maraqlı
Metakainat üçün smartfon

HTC şirkəti metakainatda istifadə üçün nəzərdə tutulmuş “Desire 22 Pro” smartfonunu təqdim edib.

 

Cihazın fərqli xüsusiyyəti inteqrasiya olunmuş kripto pul kisəsinin olmasıdır. Həmçinin smartfon “HTC Vive Flow VR” virtual reallıq dəstini tamamlayır.

 

Smartfon 120 herts yeniləmə tezliyinə malik 1080 piksel təsvir ölçülü 6,6 düyümlük ekran, 32 meqapiksellik selfi kamerası ilə təchiz olunub. “Desire 22 Pro” “Snapdragon 695” prosessoru ilə çalışır. Cihaz 8 giqabayt operativ yaddaşa, 4520 milliamper/saat tutumlu akkumulyatora malikdir. Qadcetin arxa tərəfində 64, 13 və 5 meqapiksel təsvir ölçülü linzaları olan üçlü kamera var.

 

Model Avropa və Asiya bazarlarında satışa çıxarılacaq.

 

Böyük Britaniyada “HTC Desire 22 Pro”nun qiyməti 399 funt-sterlinq (təxminən 827 azn) təşkil edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı