“Silahın mistik gözəlliyi” - SƏRGİ

11:24 29-06-2022 | icon 734 | Mədəniyyət
“Silahın mistik gözəlliyi” - SƏRGİ

İyunun 28-də Milli Azərbaycan Tarixi Muzeyində unikal dekorativ tərtibatlı silahlardan ibarət “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərginin açılış mərasimi keçirildi.

 

Versus.Az xəbər verir ki, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri - nazir müavini Sevda Məmmədəliyeva, Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Azərbaycan Respublikası Silahlı Qüvvəllərinin Hərbi Akademiyasının professoru Nurulla Əliyev, Gürcüstan Milli Muzeyinin direktoru David Otaroviç Lordkipanidze, kolleksiyaçı Yusif Bağırzadə, KİV nümayəndələri və muzey əməkdaşları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə akademik Nailə Vəlixanlı açaraq, tədbirin əhəmiyyəti barədə geniş məlumat verdi. Akademik qeyd etdi ki, Milli Azərbaycan Tarixi Muzeyinin zəngin, dəyərli kolleksiyasında Azərbaycan tarixinin müxtəlif səhifələrini əks etdirən silahlar xüsusi yer tutur. N.Vəlixanlı bildirdi ki, silah istehsalı metalişləmənin aparıcı sahələrindən biri olmuşdur. Silahların hazırlanması el sənəti və birbaşa el ustalarının adı ilə bağlıdır. Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunun əsas hissəsini təşkil edən silahlar Azərbaycanın maddi-mədəniyyət abidələri kimi milli mənəvi dəyərlərimizi, soykökümüzü təsdiqləyən tarixi mənbədir. Həmçinin N.Vəlixanlı qeyd etdi ki, “Silahın mistik gözəlliyi” adlı sərgidə XVI-XIX əsrlər Azərbaycan silahları ilk dəfə olaraq, sənətkarlıq və incəsənət nümunələri kimi təqdim edilir.

Muzeyin Baş direktoru xüsusi olaraq, vurğuladı ki, fondda saxlanılan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir.

 

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, sərginin kuratoru, t.ü.f.d., dosent Səbuhi Əhmədov da qeyd etdi ki, təqdim olunan silahlar yalnız sənətkarlıq əsərləri deyil, həm də yüksək zövqlə hazırlanmış incəsənət nümunələri kimi təqdim edilir. O, sərgidə nümayiş olunan bəzi eksponatlar haqqında da ətraflı məlumat verdi və bildirdi ki, sərgiyə 300 silah daxildir ki, onların böyük əksəriyyəti əvvəllər heç vaxt nümayiş etdirilməyib. Sərginin ekspozisiyası təkcə muzeydə saxlanılan eksponatlardan ibarət deyil. Buraya Yusif Bağırzadənin şəxsi kolleksiyasından da nümunələr daxildir.

 

Sərginin təşkilinə görə muzeyin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirən kolleksiyaçı Yusif Bağırzadə belə ekspozisiyaların təşkilinin vacibliyini vurğulayıb:

“Sərgi silahsazlığın inkişafını, onun tarixini, incəsənətini və texnologiyasını nümayiş etdirir. Bizim əla silah ustalarımız olub. Mən, bir kolleksiyaçı kimi, azərbaycanlı ustaların silahlarını toplayıram, çünki bu, bizim tariximizdir. Silahlar iki kateqoriyaya bölünür - mərasim və hərbi silahlar”.

 

Professor Nurulla Əliyev sərginin təşkilatçılarına öz minnətdarlığını bildirərək qeyd etdi ki, muzeyin silah kolleksiyası müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirməklə yanaşı, xalq tətbiqi sənətinin inkişafını, dövrün silahsazlarının yüksək peşəkarlığını, onların bədii-estetik zövqünün göstəricisidir. Bu baxımdan bugün açılış mərasimi olan silah sərgisi mühüm əhəmiyyət kəsb edir.

 

Sonda N.Əliyev muzeyin baş direktoru Nailə Vəlixanlıya “Azərbaycanın Vətən müharibəsində qələbəsi” (N.Əliyev. Bakı, 2021. rus dilində) və “Azərbaycanın hərb tarixi. Ən qədim dövrlərdən XVIII əsrə qədər ən mühüm hərbi-siyasi hadisələrin xronoloji xülasəsi” (N.Əliyev, S.Əhmədov. Bakı, 2021) adlı iki kitab hədiyyə etdi.

 

Sərgi 15 sentyabradək davam edəcək.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI