"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

11:37 29-06-2022 | icon 663 | Siyasət
"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Fuad Əliyev: "Baxmayaraq ki, ofislə təmin olunublar, yenə də fəaliyyətləri görünmür"

 

31 illik müstəqillik dönəmində ölkədə 66 siyasi partiya rəsmi dövlət qeydiyyatına alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında partiyaların 2021-ci ilin  maliyyə hesabatı  ilə bağlı ən son məlumatlara görə, hazırda 58 partiya rəsmi dövlət qeydiyyatındadır. Rəsmi dövlət qeydiyyatına alınmasa da, öz mövcudluğunu bəyan edən partiyaların sayı daha çoxdur. 5,3 milyon seçicisi olan bir ölkə üçün bu qədər partiyaların olması nəinki cəmiyyəti sosial-siyasi, milli ideyalar ətrafında səfərbər edir, əksinə, xırda qruplara parçalayaraq dağınıq hala salır.

 

Versus.Az xəbər verir ki, bu barədə “Turan”dakı məqaləsində ekspert Nəsimi Məmmədli yazır.

 

Ekspert yazır ki, ölkədə siyasi partiyaların rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı ən yüksək nəticə 1 illik Elçibəy iqtidarı dövrünə təsadüf edir. 1992-ci ilin iyul ayından 1993-cü ilin may ayınadək 10 ay ərzində 19 partiya rəsmi qeydiyyata alınıb.

 

Xatırladaq ki, həmin vaxt ölkədə çox ağır müharibə gedirdi. Minlərlə gəncin şəhid olduğu bir dövrdə bu qədər partiyanın yaranması cəmiyyətdə diqqəti müharibəyə deyil, siyasi rəqabətə yönəltmişdi. Müstəqilliyin ilk illərində qeydə alınan partiyaların çoxluğu cəmiyyətdə siyasi plüralizmə deyil, hərc-mərcliyə gətirib çıxarırdı.

 

10 illik mərhum prezident Heydər Əliyev iqtidarı zamanı 25, 18 illik İlham Əliyev iqtidarı zamanı isə 22 partiya dövlət qeydiyyatına alınıb. 1993-1995-ci illərdə 2 partiya Ali Məhkəmənin qərarı ilə ləğv olunub, 6 partiya isə Yeni Azərbaycan Partiyasının (YAP) 5 mart 2021-ci il tarixli VII qurultayında YAP-a qoşulmaqla bağlı qərar qəbul edib.

 

Ekspert iddia edir ki, partiyaların çoxluğu indi nə siyasi plüralizmə, nə də siyasi fəallığa yol açır. Eyni zamanda hərc-mərclik yaratmaq imkanları da yoxdur:

“Nə qədər təzadlı görünsə də apolitik şəraitdə partiyaların çoxluğu demokratik proseslərə xidmət etmir. İnsanların partiyalara qeyri-ciddi münasibəti möhkəmlənir, siyasi fəaliyyətə meyl daha da azalır. Vətəndaşların partiyalardan gözləntisi məişət səviyyəsinə enir”.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Yeni Müsavat" qəzetinin ekspertin iddiası ilə bağlı keçirdiyi - "ölkədə siyasi partiya bolluğu pisdirsə, niyə, yaxşıdırsa, nəyi?"- sorğusuna cavab olaraq bildirib ki, əhalinin əksəriyyəti bitərəfdir:

 

“Siyasi partiyaların çox və yaxud az olması heç nəyi dəyişmir. ABŞ-da 200, Rusiyada 32, İtaliyada 100, Fransada 70-ə yaxın partiya var. Hesab edirəm ki, əsas neçə partiyanın olması deyil. Hesab etmirəm ki, partiyaların çoxluğu cəmiyyəti xırda qruplara parçalayır. Bütün siyasi partiyaların üzvlərinin sayı heç bir milyon etmir. Seçicilərin sayı isə 5,3 milyondur. Qalan 4,3 milyon bitərəflərdir. Cəmiyyətin böyük bir hissəsi heç bir partiyanın üzvü deyil. Bunun harası xırda qruplara parçalanır? Əsas partiyaların fəaliyyətindən asılıdır. Əgər təsis olunan partiya uzun müddətdir fəaliyyətsizdirsə, bax, onda sual yaranır - kimə və niyə bu partiya lazımdır?! Hər bir yaranan siyasi partiyanın hədəfi hakimiyyətə gəlməkdir. Fərq etmir, təkbaşına və yaxud koalisiya formasında gəlir. Bunun üçün də aktiv siyasi fəaliyyətdə olmalıdır. Siyasi partiyalar prezident, parlament və bələdiyyə seçkilərində iştirak etməlidirlər. Mütəmadi olaraq mətbuatda, sosial şəbəkələrdə, cəmiyyətdə olan müxtəlif problemlərlə bağlı açıqlamalar verilməlidir. Azərbaycanda qeydiyyatdan keçən 58 siyasi partiyanın 25-nin az-çox fəaliyyəti var. Qalanların fəaliyyəti demək olar ki, yoxdur. Üç il bundan qabaq iqtidar-müxalifət dialoquna start verilməsəydi, bu partiyaların adlarını, mövcudluğunu heç bilməyəcəkdim. Baxmayaraq ki, onlar bu prosesdən yararlanıblar, ofislə təmin olunublar, yenə də fəaliyyətləri görsənmir".

 

Fuad Əliyevin fikrincə, siyasi partiyaların cəmiyyətdə nüfuzun qaldırılması heç də partiyaların sayın azalmasından keçmir:

 

"Birinci növbədə proporsional seçki sistemi bərpa olunmalıdır. Bununla da həm partiyalarda daxili sağlam rəqabət olacaq, həm də bitərəf seçicilərin rəğbətini qazanmaq uğrunda rəqabət olacaq”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı