“Azərbaycanda əsasən, bu universitetlər birləşdirilməlidir” 

15:17 15-01-2019 | icon 639 | Təhsil
“Azərbaycanda əsasən, bu universitetlər birləşdirilməlidir” 

 

“Beş-altı sanballı universitet muxtariyyət əldə edərək keyfiyyətli təhsil verə bilər. 20 ali məktəbin mövcudluğu və ortaya qoyulan təhsilin yetərli səviyyədəolmaması doğru deyil.

Bir-birini təkrarlayan ali məktəblərin birləşdirilməsindən danışdığımız zaman, söhbət daha çox texniki xarakterli universitetlərdən gedir”.

 

Versus.Az xəbər verir ki, bu sözləri AzEdu.az-a millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, universitetlərin birləşdirilməsi sahəsində ciddi islahatlar aparmaq olar:

 

“Bir-birini təkrarlayan ali məktəblərin birləşdirilməsindən danışdığımız zaman, söhbət daha çox texniki xarakterli universitetlərdən gedir. Sözügedən sahədə ciddi islahatlar təhsilin effektivliyini müəyyən dərəcədə qaldıra, eyni zamanda, universitetlərin muxtariyyət məsələsini daha tez həll etməyə imkan verə bilər”

Millət vəkili qeyd edib ki, beş-altı sanballı universitet muxtariyyət əldə edərək keyfiyyətli təhsil verə bilər:

“20 ali məktəbin mövcudluğu və ortaya qoyulan təhsilin yetərli səviyyədə olmaması düzgün deyil. Bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac var. Yalnız texniki deyil, humanitar istiqamətlərdə də bir-birini təkrarlayan ali məktəblər var”.

Qeyd dək ki, Fazil Mustafa ötən gün şəxsi feysbuk hesabında bir-birini təkrarlayan ali təhsil ocaqlarının birləşdirilməsini təklif etmişdi.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetləri texniki istiqamətlər üzrə kadr hazırlığı həyata keçirir. Bu ali məktəblərlə yanaşı, bir sıra universitetlərdə də texniki ixtisaslara rast gəlinir.

Bakı Slavyan və Azərbaycan Dillər Universiteti də humanitar istiqamətlər üzrə bənzər ali məktəblərdən hesab olunur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi