"Ermənistan vaxt almaqla məşğuldur"

14:03 29-06-2022 | icon 441 | Siyasət
"Ermənistan vaxt almaqla məşğuldur"

 “Əgər verilən sözlər və öhtəlikər yerinə yetirilməyəcəksə o zaman...”

 

 “Əslində Azərbaycan müharibəyə hazırlaşmır, Azərbaycan öz ordusunu gücləndirərək, dövlət, sərhəd təhlükəsizliyini, təmin edir. Əlbəttə ki, əgər bizə qarşı ikilistandartlar davam edəcəksə, əgər Ermənistan tərəfində verilən sözlər və öhtəlikər yerinə yetirilməyəcəksə o zaman Bakı öz ordusu ilə İrəvan və onun arxasında olan qüvvələrə istənilən zaman cavab verə bilər”.

 

Versus.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov açıqlamasında bildirib.

 

 

Politoloq bildirib ki, Prezident İlham Əliyevin Silahlı Qüvvələrin yaranmasının ildönümü günündə məhz Laçın və Kəlbəcərə səfər etməsi və orada hərbçilər qarısında çıxış edib bir çox məsələləri vurğulaması Ordumuz, Ordu Quruculuğu, Ordumuzun gələcəkdəki hədəfləri istiqamətində atıla biləcək addımları önə çəkməsi əlbəttə ki, Azərbaycan dövlətçiliyi üçün vacib səhifələrdən biridir.

 

Politoloq Ermənistan baş naziri Nikol Paşinyanın İrəvandakı çıxışı zamanı  Azərbaycanın yenidən müharibəyə hazırlaşması ilə bağlı fikirləri təsadüfi hesab etməyib.  

 

Z.Məmmədov hesab edir ki, Prezidentin Kəlbəcərdə çıxışı zamanı qeyd etdiyi nüanslar onun göstəricisidir ki, Ermənistan rəhbərliyi və müxalifəti, radikal qüvvələr ağıllarını başlarına yığmalıdırlar.

 

Politoloq Prezidentin çıxışına istinadla qeyd edib ki, 2020-ci il 44 günlük müharibəyə qədər də onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Ermənistan özünü qeyri-adekvat aparırdı:

 

“Bu gün də görürük ki, hansısa məsələlərdə özünü qeyri-adekvat aparmaqla vaxt almaqla məşğuldur. Ermənistan Minsk Qrupunun həmsədrliyini ortaya atır, Qarabağın dağlıq hissəsindəki məsələni öz aləmində gələcəyə saxlamaq istəyir.  Amma bütün bunların perspektivi yoxdur. Çünki Ermənistan olmadan da burdakı məsələlər öz həllini tapacaqdır. Yaxşı olardı ki, bu yeni mərhələdə hər kəs Cənubi Qafqaza öz töhfəsini versin”.

 

Politoloq bildirib ki, cənab Prezident torpaqlar işğaldan azad olunandan sonra bu və ya digər bölgələrə səfərlər edib.  Səfər çərçivəsində daim onu göstərdi ki, o şəxsən yenidənqurma, abadlıq işlərinə nəzarət edir:

 

“Biz bu dəfə də bir neçə çox vacib strateji cəhətdən obyektlərin açılmasına şahidlik etdik. Artıq 1 il 6 ay ərzində bölgənin elektrik, su, kommunal təhcizatı ilə bağlı ciddi işlərin şahidi olduq. Unutmayaq ki, bütün bunlar tikinti-bərpa və sıfırdan başlayan yenidənqurma işləri ərazilərin minalardan təmizlənməsindən sonra baş verir. Minalanmış ərazilər də kifayət qədər  ciddi sahəni təşkil edir. Və burada işləmək, yenidənqurma işləri ilə məşğul olmaq o qədər də asan deyil. Lakin Azərbaycan dövləti, Azərbaycan vətəndaşları, Azərbaycanın müxtəlif işçi qrupları əllərindən gələni edirlər ki, Şərqi Zəngəzur və Qarabağ bölgəsi insanlarına qovuşsun və  artıq məskunlaşma başlasın”.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Nəsibə Zeynalovanın doğum günüdür