ATƏT-in Minsk Qrupu məhkəməyə verilə bilər?

08:24 30-06-2022 | icon 895 | Gündəm
ATƏT-in Minsk Qrupu məhkəməyə verilə bilər?

 

  

Xəbər verildiyi kimi, Milli Məclisin bugünkü iclasında çıxış edən VHP sədri Sabir Rüstəmxanlı təklif verib ki, Ermənistanın 30 il Azərbaycanda törətdiyi işğal faktına, qırğınlara, zülmlərə göz yuman ATƏT-in Minsk Qrupu beynəlxalq məhkəməyə verilməlidir.

Deputat hesab edir ki, 30 il torpaqlarımızı işğalda saxlayan, dağıdan, xarabalığa çevrən, Azərbaycana böyük zərər vuran işğlçıya qarşı “gözün üstə qaşın var” deməyən bu qurum, elə işğalçı qədər məsuliyyət daşımalıdır.

Azərbaycan torpaqlarında prosesin nizamlanmasında Ermənistanla münasibətlərin bərpa prosesində tez-tez dəstəyini gözə soxan Minsk Qrupunun Həmsədr dövlətləri hansı məsuliyyəti daşıyır və bu gün hansı onlara qarşı hansı addımlar atılmalıdır. ATƏT-in Minsk Qrupunda olan üzvlərini Beynəlxalq Məhkəməyə vermək hüququmuz varmı və bu, nə qədər realdır?

 

 

Beynəlxalq dərəcəli hüquqşünas Əlövsət Abdullayev versus.az-a açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupunun verdiyi qərarlar məcburi deyil, tövsiyə xarakteri daşıyır. Onun sözlərinə görə, bu günkü gün üçün ATƏT-in Minsk Qrupunun  verdiyi tövsiyyələr dövlətlər tərəfindən nəzərə alına da bilər, alınmaya da bilər. Yəni ATƏT-in Minsk Qrupu üzvlərini hansısa formada məsuliyyətə cəlb etmək haqqında  düşünmək və eyni zamanda bu iddiada çıxış eləmək o qədər də  real görünmür.

 

“Biz sadəcə ATƏT-in  Minsk Qrupundan imtina edə bilərik.  Əgər bu qurumun fəaliyyəti bizi qane eləmirsə, baş vermiş hadisələrə göz yummaqda davam edirlərsə, biz bu qurumdan imtina edə bilərik. Çünki biz ATƏT-in Minsk Qrupunun bölgədə fəaliyyətinə könüllü şəkildə icazə vermişik.  Bu gün də bizi qane etmədiyinə görə imtina edirik.   Amma bu qurumun hansısa formada məsuliyyətə cəlb olunmasını gündəmə gətirmək  ağlabatan deyil”.

 

Hüquqşünas bildirib ki, 30 il davam edən işğal prosesində biz nəinki ATƏT-in Minsk Qrupunu, ümumilikdə bütün dövlətləri bu məsələyə göz yummaqda günahkar hesab edirik. O, bu sırada Fransa, Almaniya, Rusiya, İtaliya, ABŞ və sair böyük dövlətlərin dayandığını istisna etməyib.

 

“Çünki dünya dövlətləri Azərbaycanda, əhaliyə onun maddi-mədəniyyətinə qarışı baş verənləri  görmək istəmədi. Və hətta bu gün də YUNESKO kimi qeyri-maddi irsin qoruyucusu olan bir təşkilat dövlət rəhbərinin dəfələrlə dəvət etməsinə baxmayaraq hələ də Azərbaycana gəlib Ermənistanın Azərbaycanda törətdiyi vandallığı öz görzləri ilə görüb, baş verən dağıntıları araşdırıb həqiqətləri deməyə qorxur.  Ona görə də belə çıxır ki, biz bu dövlətlərin, təşkilatların hamısını məsuliyyətə cəlb eləməyin tərəfdarı  olmalıyıq?”

 

Ə.Abdullayev bildirib ki, əslində beynəlxalq cinayətlərə göz yumulmamalıdır və insan hüquqları, qeyri-maddi -mənəvi irsin qoruyucusu olan təşkilatları daim bu məsələlərlə bağlı narahat etməliyik.  Azərbayandan bu istiqamətdə gedən məlumatlar daha çox olmalı, beynəlxalq aləmi haqqın yanında olmağa dəfət etməliyik. Əlbəttə ki, Azərbaycanın əlində kifayət qədər tutarlı faktlar var ki, ERMƏNİSTANIN CİNAYƏTLƏRİNİ  sübut etsin və beynəlxalq aləmi haqsızlıqda qınasın.

 

“Sadəcə olaraq bizim elə imkanımız yoxdur ki, ATƏT-in Minsk Qrupunun  üzvlərini beynəlxalq məhkıməyə verək. Biz sadəcə bu qurumun fəaliyyətindən imtina edə bilərik və cənab Prezident də bu istiqamətdə öz qəti sözünü deyib”.

 

 

 “Dünyada elə bir beynəlxalq president yoxdur ki, ATƏT-i  kimsə məhkəməyə versin” 

 

Politoloq Natiq Cəfərli bildirib ki, ATƏT- in  Minsk Qrupu məsələsini ümumiyyətlə qapatmaq lazımdır.

 

"Bunun hüquqi proseduru və məhkəmə perspektivi  demək olar ki,  yox dərəcəsindədir.  Çünki dünyada elə bir beynəlxalq president yoxdur ki, ATƏT-i  kimsə məhkəməyə versin.  Əksinə, biz çalışmalıyıq ki, ATƏT-in Minsk  Qrupu sözü leksikondan  çıxarılsın. O təşkilat ümumiyyətlə tarixə qovuşmalıdır. Bu daha doğru yanaşmadır, nəinki onu gündəmdə saxlamaq üçün məhkəmə prosesinə start vermək".

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR