Hindistan ordusu səfərbər edilib


Təbii fəlakət qurbanları artır
Hindistanın şimal-şərqindəki Assam ştatında daşqın və torpaq sürüşməsinin qurbanlarının sayı 151 nəfərə çatıb.
Aprel ayından bəri davam edən leysan və çaylarda suyun səviyyəsinin yenidən kəskin qalxması ilə vəziyyət qəfil pisləşib.
Assam hökumətinin məlumatına görə, daşqın zonasında yaşayanların sayı 2,2 milyondan 3,1 milyon nəfərə yüksəlib. Təhlükəli ərazilərdən təxliyə edilənlər üçün təbii fəlakət zonasında yeni müvəqqəti düşərgələr yaradılır, orada yerləşdirilən insanların sayı hazırda 300 mini ötüb.
Ştatda 2 254 kənd təbii fəlakətdən zərər çəkib, 200 minə yaxın sakin təhlükəli ərazilərdən təxliyə edilib və 538 müvəqqəti düşərgəyə yerləşdirilib. Sel azı 218 yola və 20 körpüyə ziyan vurub.
Daşqınlara güclü musson yağışları səbəb olub, bunun nəticəsində Brahmaputra çayı qolları ilə birlikdə sahillərini aşıb. Səlahiyyətlilər daşqından zərər çəkmiş bölgələrdə vəziyyəti təhlil etmək üçün dronlardan istifadə edirlər. Əhaliyə yardımın göstərilməsi üçün Hindistan ordusunun əsgərləri, mühəndis texnikası və helikopterlər cəlb olunub.

Xəbər lenti

"Rezanın daxili Odisseyası” adlı fotosərgi sentyabrın 15-nə dək uzadıldı
Tanınmış fotoqrafın əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə də təqdim edilib