Ölkəmiz Qoşulmama Hərəkatına dönəm sədrliyi edir

11:00 30-06-2022 | icon 563 | Siyasət
Ölkəmiz Qoşulmama Hərəkatına dönəm sədrliyi edir

Mətin Məmmədli: “Parlamentlər Şəbəkəsinin strukturlaşması istiqamətində vacib addımlar atılacaq”

 

Qoşulmama Hərəkatının tərkibində Parlament Şəbəkəsinin yaradılmasına vacib hadisə kimi yanaşmalıyıq. Bu strukturun yaradılması ölkələr arasında münasibətlərin dərinləşməsinə töhfələr verəcək.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Mətin Məmmədli Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin Bakıda keçirilən konfransının əhəmiyyətini qeyd edərkən bildirib.

 

M.Məmmədli qeyd edib ki, Qoşulmama Hərəkatı dünya siyasətində özünəməxsus yeri olan bir təşkilatdır. Və ölkəmiz bu təşkilatın ən fəal üzvlərindən biridir:

 

“Hazırda ölkəmiz Qoşulmama Hərəkatına dönəm sədrliyi edir. Qoşulmama Hərəkatı həm də Azərbaycanın çox vektorlu xarici siyasətində mühüm yerlərdən birini tutur. Bu təşkilata daxil olan ölkələrlə Azərbaycan yaxından əməkdaşlıq edir, beynəlxalq səviyyədə qarşılıqlı olaraq bir-birinə dəstək verirlər.  Qoşulmama Hərəkatına daxil olan ölkələr Azərbaycan üçün taleyüklü məsələlərlə bağlı keçirilən səsvermələrdə, məsələn BMT müstəvisində daima ölkəmizə dəstək verib. Parlamentlər Şəbəkəsi Qoşulmama Hərəkatı daxilində yeni yaradılmış bir strukturdur. Bu gün Bakıda keçirilən iclasında Parlamentlər Şəbəkəsinin strukturlaşması istiqamətində vacib addımlar atılacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?