Elvisin uşaqlıqda qaldığı ev hərraca çıxarılacaq
ABŞ-ın Missisipi ştatında əfsanəvi müğənni və aktyor Elvis Preslinin uşaqlıqda yaşadığı ev hərracda satılacaq.
Məlumata görə korifey 1943-1944-cü illərdə valideynləri ilə orada yaşayıb.
Ev avqust ayında hərraca çıxarılacaq. Binanın ilkin qiyməti 30-50 min dollar arasında dəyişir.
Qeyd edək ki, ev sökülmüş vəziyyətdədir: 2017-ci ildə bina səliqə ilə sökülüb və treylerə yığılıb. Əvvəlcə binanın dağıdılması və ərazidə başqa bir obyektin tikilməsi düşünülürdü, lakin kolleksionerlər evi aldılar.
Yeni sahib montaj təsvirləri daxil olmaqla tam dəsti əldə edəcək. Yığılmış halda mənzil 117 kvadratmetrə çatır, içəridə üç yataq otağı var.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"